Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnanılmaz görüş: 81 bir yaşlı qadın 104 yaşlı anasını tapdı - Foto

81 yaşlı irlandiyalı qadın Elin Maken ilk dəfə anasını görüb.

Sputnik Azərbaycan xəbər verir ki, Elin Macken İrlandiyanın paytaxtı Dublində olan uşaq evində böyüyüb və bioloji anasını heç vaxt görməyib. 19 yaşından başlayaraq anasını axtarmağa başlayıb. Qadın illər sonra İrlandiyada RTE adlı verilişə qatılaraq anasını axtardığını deyib. Proqram vasitəsi ilə öyrənib ki, onun genetik anası sağdır və Şotlandiyada yaşayır.

Elin anasını görmək üçün Şotlandiyaya gedib. 81 yaşlı ahıl qadın 104 yaşlı anası Elizabet ilə görüşüb.

Elin təəssüratlarını bölüşərək deyib ki, onları yaxşı qarşıladılar: “İrlandiyadan gəldiyimi dedim. O da İrlandiyada uşaq dünyaya gətirdiyini dedi. Mən ona sənin qızınam deyəndə, o mənim üzümə baxdı və əllərimi tutdu. Aramızda elə bir bağ var ki, onu sözlə ifadə edə bilmərəm”.

Qeyd edək ki, Elin iki ögey qardaşının olduğunu da öyrənib.

Son xəbərlər
Bütün xəbərlər »