Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“BakuBus” avtobusu əks yola çıxdı – Foto

“BakuBus” MMC-yə məxsus avtobus qoşa xəttin tələbini pozaraq əks hərəkət zolağına çıxıb.

Bizimyol.info xəbər verir ki, hadisə Kövsər Səfərəliyeva küçəsinin Üzeyir Hacibeyov küçəsinin kəsişməsinə yaxın ərazidə baş verib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Bizimyol.info-ya açıqlamasında bildirib ki, həmin fotogörüntü araşdırılacaq.

“Əgər “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü qaydanı pozubsa, əlbətdə bu qəbuledilməzdir. Və onun bu əməlinə müvafiq qiymət veriləcək”,-deyə M.Ağayev bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »