Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda prezidentin kitabını məktəblilərə inanılmaz qiymətə aldırırlar - Foto

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun məşğul olmadığı iş qalmayıb. Təkcə son illərdə neçə-neçə kitab yazıb.

Bizimyol.info xəbər verir ki, Türkmənistanın paytaxtı Aşqabadda məktəblilərə prezidentin kitabını məcbur aldırırlar. Keçən həftə şəhərin 12, 48, 50, 54, 160 saylı məktəblərində yaz tətilində olan şagirdlərə zəng vurub, Berdıməhəmmədovun kitabını almağı tapşırıblar. Hər şagird prezidentin bir kitabını alıb. Hətta müəllimlər rotasiyanın da qayğısına qalıb. Yəni zəng vurub hansı kitabları almağı da bölüşdürüblər.

Qurbanqulu Berdıməhəmmədov Qurbanqulu Berdıməhəmmədov

Amma kitablar şagirdlərə qalmır. Məktəbdə xüsusi sərgi açılır. Şagirdləri məcbur edirlər ki, kitabı ora təhvil versinlər. Həmin sərgilər həmişə təhsil ocaqlarında olacaq.

Məktəblərdə valideynlərin danışdıqlarını təsdiq edirlər. Amma başqa təqdimatla: Prezidentin kitabı məktəblilərin təlim-tərbiyəsi üçün çox əhəmiyyətlidir və heç kim məcbur olunmur, sadəcə, tövsiyədir. Əslində isə məktəb rəhbərlərinə kitab alışına xüsusi nəzarət əmri verilib.

Berdıməhəmmədovun kitabları ucuz deyil. Ən ucuzunu 400 Türkmənistan manatına (təxminən 114 dollar) almaq mümkündür. Bu, Türkmənistanda əhalinin iş qabiliyyəti olan əksər hissəsi üçün aylıq məvacibin yarısı deməkdir.

Berdıməhəmmədov müxtəlif kitablar yazır. Məsələn, iki il əvvəl ölkənin Səhiyyə və Tibb Sənayesi Nazirliyi prezidentin “Türkmənistanın dərman bitkiləri” adlı 8 cildlik kitabının təqdimatını keçirmişdi. Bir il keçəndən sonra Berdıməhəmmədov “Türkmənistan Daxili İşlər Nazirliyinin yaranması” kitabını bitirdi. Yerli radio həmişə onun yaradıcılığından danışır. Bu qədər kitab yazmağa necə vaxt tapmasını isə heç kim bilmir.

Son xəbərlər
Bütün xəbərlər »