Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA Aya səfərin vaxtını açıqladı

İndiyə qədər Aya yalnız bir dəfə insan ayağı dəyib. 1969-cu ildə “Apollon-11” kosmik gəmisi ilə üç astronavta Yerin peykinə getmək nəsib olub. Nil Armstronq isə Ay torpağına toxunan ilk insan kimi tarixə düşüb.

Bizimyol.info xəbər verir ki, NASA Aya ikinci səfəri planlayır. Kosmik agentlik səfərin konkret vaxtını da açıqlayıb. 2028-ci ildə yeni heyət Aya qədəm qoyacaq.

Hələ neçə il əvvəl NASA yeni əsrin 20-ci illərində bizə ən yaxın ulduza astronavt göndərmək firkini açıqlamışdı. İndi məsələ tam dəqiqləşib. NASA ABŞ federal büdcəsindən bu məqsədlə 21 milyard dollar ayrılmasını gözləyir.

Kosmik agentlik məsələyə çox ciddi yanaşır. 2025-ci ildə dörd astronavtdan ibarət heyət peykin orbitinə bir çox detalları daha yaxşı öyrənmək üçün yollanacaq. Bu, Aya uğurlu eniş baxımından əhəmiyyətlidir.

Son xəbərlər
Bütün xəbərlər »