Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saxta diplomla bir il həkim işlədi, əməliyyat zamanı ilişdi

Təkcə dərmanlar saxta çıxmır, bəzən həkimlər də saxta olur. Rumıniyada həkimin saxtalığını üzə çıxarıblar. İtalyan cərrah Matteo Politi heç də bu sahə üzrə təhsil almayıbmış. Sadəcə,  Mettyu Moda adlı mövcud olmayan ingilis həkimin diplomundan istifadə edib.

Bizimyol.info xəbər verir ki, italyanı həbs ediblər. Politi qatarla Rumıniyadan Macarıstana gedərkən saxlanılıb. Onu uzun müddət həbs cəzası gözləyir.

Matteonun işləri yaxşı gedirmiş. Amma bir gün əməmliyyat etmək lazım gələndə “cərrah”ın peşəkar olmaması məlum olur. Bir ilə yaxın saxtakarlıq edən italyan adicə şprisdən istifadə edə bilmir. Bunu hamıdan əvvəl kolleqası Adina Alberts görür: “O, tibbi terminlərdən ustalıqla istifadə edirdi. Onunla söhbət edəndə heç vaxt düşünməzdin ki, saxta həkimdir”.

Bir neçə il əvvəl başqa bir italyan həkimin saxtakarlığı üzə çıxmışdı. Paolo Makkiarini ardıcıl bir neçə dəfə süni nəfəs borusu əməliyyatını uğursuz etmişdi. Keçən il ona qarşı rəsmi ittiham irəli sürdülər. Makkiarinin saxtakarlığı bütün sərhədləri aşmışdı. O, hətta jurnallarda elmi məqalələrlə çıxış edirdi.

Son xəbərlər
Bütün xəbərlər »