Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda sürücü uşaqları baqajda daşıdı - Video
Şəmkirdə sürücü avtomobilin yük yerinə üç azyaşlını yerləşdirib.

Görüntüləri “Xəzər TV” yayıb.

Kadrlardan aydın olur ki, “57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə üç azyaşlı oğlan uşağını mindirib.

Uşaqların həyatını təhlükəyə atan sürücü, bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub.

O, hətta uşaqlara hava gəlsin baqajın qapısını açıq qoyub.

Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayıblar.

Son xəbərlər
Bütün xəbərlər »