Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xaricdən ölkəyə ekstradisiya xərclərini tutulan şəxs özü ödəyəcək

Milli Məclisin iclasında Azərbaycandan kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi (ekstradisiya) ilə əlaqədar çəkilən xərcləri həmin şəxsin özünün ödəməsini nəzərdə tutan layihə müzakirə olunub.

Bizimyol.info xəbər verir ki, bununla parlamentin iclasında Cinayət Prosessual Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarılıb.

Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir:

“Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”.

Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə edilir.

Maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Layihədə bildirilib ki, indiyədək bu xərclər dövlət hesabına həyata keçirilib.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »