Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ələkrəm Hümmətovun Yunis Səfərovu el qəhrəmanı etməsi cinayətin mahiyyətini açdı - Açıqlama
Ölkə mediasının və sosial şəbəkənin əsas gündəmi Gəncədə baş vermiş sui-qəsd və onun ardınca baş verənlərdir. İyulun 6-da hüquq-mühafizə orqanları rəsmi açıqlama yayaraq, bu hadisəni terror aktı elan etdi.

Amma bəziləri Gəncə şəhər icra başçısının həyatına sui-qəsd etmiş Yunis Səfərovu qəhrəman kimi təqdim edir. Onlardan biri də vaxtilə "Talış-Muğan Respublikası" adı altında Azərbaycana qəsd etmiş, daha sonra isə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək, dəfələrə İrəvana getmiş, Azərbaycana qarşı düşmən fəaliyyətdə bulunan vətən xaini Ələkrəm Hümmətovdur.

Bizimyol.info xəbər verir ki, o, Elmar Vəliyevi güllələyən Yunis Səfərovun hüquqlarının müdafiə olunması üçün Niderland Krallığında komitə yaradaraq təxribatçı əməllərindən də qalmayıb.

Bununla bağlı Bizimyol.info-ya danışan millət vəkili Aydın Mirzəzadə Ələkrəm Hümmətovun ölkəmizdə yetəri qədər tanındığını və onun vaxtilə yeni müstəqillik əldə edən Azərbaycanda bölücülük niyyətli biri kimi yaddaşlarda qaldığını bildirib:

"O vaxtilə Azərbaycanı ayırmağa çalışırdı.Sonradan cənub zonasında vətəndaş müharibəsi başlamaq qərarına gəldi. Həbsdən  ölkə prezidentinin sərəncamı ilə azad edildikdən sonra xaricə köçdü. İlk atdığı addım isə İrəvana səfər edərək zamanında apardığı hərbi əməliyyatlara görə üzr istəmək oldu. Hətta səhv etmirəmsə onun gəlini Ermənistan Dövlət Universitetində  açılmış Talışşünaslıq ixtisasına qəbul olundu. Bir sözlə həmin şəxs Azərbaycanın müstəqilliyinin əleyhinə daim fəaliyyət göstərən insan olub. İndi onun Yunis Səfərovu müdafiə etməsi artıq məsələnin nə qədər dərində olduğunu göstərir. Hüquq Mühafizə orqanları daha yeni variantları nəzərdən keçirtməlidir.

Ələkrəm Hümmətovun ümumiyyətlə Azərbaycanın adından danışmağa haqqı yoxdur və o heç bir zaman Azərbaycan vətəndaşının mənafeyinin qorunması mövqeyində olmayıbdır. Eləcə də Yunis Səfərovun də bu hadisədən öncə həmin şəxslərlə əlaqəsinin olub-olmaması istintaqın gedişi müddətində araşdırılmalıdır".

Separatçıların "lideri" olan Ələkrəm Hümmətovun Yunis Səfərovu el qəhrəmanı elan etməsindən Bizimyol.info-ya danışan Beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva hadisənin mahiyyətinin tam çılpaqlığı ilə ortada olduğunu bildirdi:

"Ölkə mediasının və sosial şəbəkənin əsas bir neçə gündür Gəncədə Elmar Vəliyevə və mühafizəçisinə qarşı baş vermiş sui-qəsd və onun ardınca baş verənlərdir. Artıq hüquq-mühafizə orqanları rəsmi açıqlama yayaraq, bu hadisəni terror aktı olduğunu bildiriblər.

Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyimizin bir nömrəli düşməni , Ermənistan Milli Təhlükəsizlik Xidmətinin talış separatçılarının dırnaqarası lideri elan etdiyi, bu xəttlə dəfələrlə işğal olunmuş Dağlıq Qarabağa səfər etmiş Ələkrəm Hümmətovun Gəncə şəhər icra başçısının həyatına sui-qəsd etmiş Yunis Səfərovu qəhrəman kimi təqdim etməsi əslində bu olayın mahiyyətini çılpaqlığı ilə ortaya qoydu.

Aydın oldu ki , bu terror aktı xarici kəşfiyyat dairələrinin Gəncədə yaşamış başqa dövlətin vətəndaşı olan bir şəxsin əli ilə ölkəmizə qarşı yönəlmiş bir fəaliyyətidir. Hesab edirəm ki, hüquq mühafizə orqanları istintaqın gedişi zamanı Yunis Səfərovun Ələkrəm Hümmətovla hadisədən öncəki əlaqələri də araşdırılacaq. Bu hadisədə kənar təsir amili yüksəkdir.

Eləcə də sosial mediada ənənəvi müxalif profillərin, kənar təsir agentləri kimi tanınan media ünvanların, çoxminlik radikal səhifələrin və ictimai sektor uşaqlarının eyni drijorun müşayəti altındakı ansambl kimi baş verən olayı sosial və məişət mövzusuna bağlamaqda göstərdikləri həmrəylik bu terror aktının ictimai legitimləşdirilməsinə yönəlik uğursuz addımdır".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »