Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kirantsada 31 erməni etirazçı polis bölməsinə aparılıb
Kirantsada 31 erməni etirazçı polis bölməsinə aparılıb

Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndində 31 erməni Tavuş vilayətinin rayon polis şöbəsinə aparılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatına respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərbaycana sərhədin delimitasiyasına etiraz olaraq keçirilən aksiya iştirakçılarının saxlanması ilə bağlı məlumatı şərh edərkən bildiriblər.

Bundan əvvəl “Vətən naminə Tavuş” təşkilatı məlumat verib ki, səhər tezdən Kirantsda yolu bağlayan aksiya iştirakçıları, o cümlədən “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan kobud şəkildə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti qeyd edib ki, hər kəs Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama) maddəsi ilə həbs edilib. Eyni zamanda Danielyanın özü də sosial şəbəkə hesabında yazıb ki, “polis Kirantsda “Rinq” əməliyyatı keçirir. Polis qüvvələri kəndin girişlərini bağlayıb, saxlanılanlar arasında azyaşlıların olduğu da qeyd edilib.

Xatırladaq ki, aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən, Ermənistan və Azərbaycanın Tavuş vilayətindən delimitasiyaya başlaması və iyulun 1-nə kimi əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə delimitasiya komissiyalarının birgə fəaliyyəti barədə razılığa gəldiyini açıqlyıb. Həmin gün axşam saatlarından etibarən Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı qalan sakinləri etiraz aksiyaları keçirirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »