Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Amerikanın beş şirkət və yeddi fiziki şəxsinə qarşı sanksiya tətbiq edib
İran Amerikanın beş şirkət və yeddi fiziki şəxsinə qarşı sanksiya tətbiq edib

İran Qəzza zolağında İsrailin hərəkətlərini dəstəklədiyinə görə ABŞ-ın bəzi fiziki şəxslərinə və qurumlarına, o cümlədən "Lockheed Martin", "Chevron" və "General Dynamics" kimi şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İsrail rejiminin terror aktlarını dəstəkləməsi və maliyyələşdirməsi, terrorizmi tərifləməsi, dəstəkləməsi, eləcə də Fələstin xalqına, xüsusən də Qəzza zolağının sakinlərinə qarşı insan haqlarının kobud şəkildə pozulmasına görə Amerika vətəndaşları olan bəzi şəxslərə və qurumlara sanksiyalar tətbiq edir”, - deyə xarici siyasət idarəsinin "Telegram"kanalında bu barədə məlumat verilib.

Sanksiya siyahısına 5 şirkət və 7 fiziki şəxs daxil edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »