Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qədim Misir piramidasında Tanrı heykəli tapıldı - Foto

Misirin ən qədim piramidası sayılan “ iki evin sahibi” sərdabəsində Osiris tanrısının bürünc heykəli tapılıb.

Bizimyol.info Ölkə.Az-a istinadən xəbər verir ki, Coser piramidası əfsanəvi İmhotep tərəfindən inşa etdirilib.

Misirli alim Mustafa Vəziri yeni kəşflə bağlı deyib:

“Heykəl piramidanın qərb səmtində aşkar edilib. Arxeoloqlar daş bloklar arasındakı qumu və zibili təmizləyəndə bu heykəli tapıblar. Heykəl yeraltı dünya və diriliş tanrısı Osirisindir. Onun sol əlində lələk, sağ əlində isə skipetr var”.

Alimlərin fikrinə görə heykəl İmhotep və Coserin dövründən də əvvəl hazırlanıb. Daşların arasına isə heykəli kahinlər qoyub.

Son xəbərlər
Bütün xəbərlər »