Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Etirazlar zorakılıq aktlarına çevrildi: Yeni Kaledoniyada ölənlərin sayı artır
Etirazlar zorakılıq aktlarına çevrildi: Yeni Kaledoniyada ölənlərin sayı artır

Fransanın xaricdəki Yeni Kaledoniya ərazisində səsvermə sisteminin dəyişdirilməsi qanun layihəsinə qarşı nümayişlər iğtişaşlara çevrildikcə insan itkiləri artır.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən bir təhlükəsizlik rəsmisi, adanın şimalında Kaala-Gomendə yollara qurulan barrikadalarda açılan atəş nəticəsində 1 nəfərin öldüyünü, ümumi itkilərin isə 6-ya yüksəldiyini bildirib. Noumea Bələdiyyə Başçısı Sonia Lagarde verdiyi açıqlamada, yerli vaxtla 18.00-06.00 arasında tətbiq edilən komendant saatı ilə gecə ərzində zorakılıq hadisələrinin qismən azaldığını, lakin etirazçıların sakitləşmək məqsədidə olmadığını söyləyib. Noumeanın "mühasirədə" olduğunu bildirən Laqard: "Vəziyyət daha da gərginləşir", -deyib. O, daha əvvəl ölən 5 nəfərdən 2-nin jandarma, 3-nün isə yerli kanaklı olduğu açıqlanmışdı.

Mayın 13-də Fransa Milli Assambleyasında Yeni Kaledoniyanın səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirə edilərkən, etirazlar başlayıb və az sonra iğtişaşlar başlayıb. Paytaxt Noumea başda olmaqla bir çox yerdə bazarlar talan edilərkən, evlər, iş yerləri və nəqliyyat vasitələri yandırılıb. Şiddətli insidentlərdən sonra Paris administrasiyası adaya əlavə təhlükəsizlik qüvvələri göndərib.

Səsvermə sisteminin dəyişdirilməsi ilə bağlı qanun layihəsi 153 əleyhinə 351 səslə qəbul edilərkən, 10 ildir Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcək. Fransa hökuməti mövcud qaydalara görə hər beş nəfərdən birinin səs verməməsini “absurd” adlandırsa da, ictimaiyyət seçici siyahılarının genişləndirilməsinin fransızyönlü siyasətçilərin xeyrinə olacağından və yerli Kanak xalqının təsirini azaldacağından narahatdır.

1998-ci ildə imzalanan Noumea sazişi çərçivəsində Fransa, təxminən 300 min əhalisi olan Sakit okean adasına tədricən daha çox siyasi səlahiyyət verməyə razılaşıb. Razılaşmadan sonra Yeni Kaledoniyanın müstəqilliyi üçün üç referendum keçirilib və onların hamısına “yox” səsi verilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »