Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ADA-da “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda müzakirə keçirilmişdir
ADA-da “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda müzakirə keçirilmişdir

Ölkə prezidentinin gələcək inkişafımız və milli ideya ilə bağlı cəmiyyətdə ictimai müzakirələrin, diskussiyaların aparılması zərurəti, elm adamları və ziyalıların gələcək inkişafımızla bağlı konkret təkliflərini bildirməsi barədə çağırışı cəmiyyət tərəfindən, xüsusən də ziyalılar tərəfindən maraqla qarşılanmışdır.

Bildiyimiz kimi, gələcək inkişaf daha çox ölkədəki təhsilin durumundan asılıdır. Xalqın və dövlətin gələcəyi məhz bu sahədə həll edilir. Bu səbəbdən diskussiyaların önəmli hissəsi məhz təhsil sektorda aparılmalıdır. Çünki, “Təhsil millətin gələcəyidir” (H.Əliyev).

Qlobal təhsil reytinqlərinin monitorinqi göstərir ki, təhsilimizin durumu heç də müasir tələblərə cavab vermir. Təəssüf ki, biz hələ də keyfiyyətli, rəqabətqabiliyyətli təhsil sistemi qura bilməmişik. Bu səbəblərdən cəmiyyətdəki diskussiyalarda təhsil mövmuzu aparıcı olmalıdır. Ölkə Prezidentinin ictimai müzakirələrə dair çağırışından sonra təhsil sektorunda müzakirə abu havası tədricən hiss edilir.

ADA universitetində təhsil müzakirələri əslində xeyli əvvəldən başlamışdır. "Təhsil dialoqları" adlı silsilə müzakirələr artıq xeyli vaxtdır ki, ADA-da davam edir. Bu yaxında ADA-da "Təhsil dialoqları"nda növbəti müzakirə oldu.

“Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda olan bu müzakirəyə təhsil mütəxəssisləri, alimlər, tələbələr toplaşmışdı. Tədbiri giriş sözü ilə ADA-nın “Təhsilin idarəedilməsi” fakultəsinin dekanı, Ülviyyə Mikayılova açmış, mövzunun aktuallığını və milli təhsilimiz üçün əhəmiyyətini qeyd etmişdir. Daha sonra sözü məruzəçiyə - ADPU-nun dosenti, İlham Əhmədova təqdim etmişdir.

ADA-da “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda müzakirə keçirilmişdir

Dos. İlham Əhmədov “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda geniş məruzə etdi. Məruzədə qeyd edildi ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in əsas istiqamətlərindən biri də rəqabətli insan kapitali və müasir innovasiyalar məkanıdır. Rəqabətli insan kapitalını isə rəqabətədavamlı milli təhsil sistemi yarada bilər. Cəmiyyətin inkişafının əsas təminatçısı olan təhsil və insan kapitalınn gücləndirilməsi üçün bu gün təhsil sistemində modernləşmə aparılmalıdır. Təhsildə məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi inkişaf etdirilməlidir. Bu əsasda gələcəkdə ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) və ATM-nin qlobal reytinq cədvəllərində mövqelərimizin yaxşılaşmasına nail olmalıyıq. Təhsilimizin rəqabətqabiliyyətli olması üçün təhsil sisteminin bütün komponentləri rəqabətədavamlı olmalıdır. Bunsuz təhsilimiz heç cür rəqabətqabiliyyətli ola bilməz.

Məruzəçi öz çıxışında universitetlərin rəqabətqabiliyyətliyi nədir, universitetlərin rəqabətqabiliyyətliyi meyarları, universitetlərin rəqabətqabiliyyətliyi və rəqabət üstünlükləri, universitetlərimiz niyə rəqabətqabiliyyətli deyil v.s. məsələləri şərh etdi.

Tədbirdə iştirak edən tanınmış təhsil mütəxəssisləri Asif Cahangirov, p.ü.e.d. ARTİ-nin aparıcı elmi işçisi Zəhra Muradova, UNEC professoru Fərhad Rəhmanov və digər iştirakçılar məruzə ətrafında öz fikirlərini bölüşmüşlər.

Tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur.

 Müəllif: p.ü.e.d. ARTİ-nin aparıcı elmi işçisi Zəhra Muradova

Son xəbərlər
Bütün xəbərlər »