Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mourinyo “Beşiktaş”a gəlməyə razılıq verib, “Fənərbağça” da məqçiyə elçi göndərib
Mourinyo “Beşiktaş”a gəlməyə razılıq verib, “Fənərbağça” da məqçiyə elçi göndərib

“Beşiktaş”ın vitse-prezidenti Hüseyn Yücel “Fənərbaxça”nın da gündəmində olan Joze Mourinyo ilə görüşdüklərini qeyd edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Joze Mourinyo ilə əlaqə saxladıqlarını bildirən Hüseyn Yücel: “Təxminən bir ay əvvəl İstanbulda Joze Mourinyo ilə görüşdüm”, - deyib.

“Onu “Beşiktaş”da görmək istədiyimi dedim. “Beşiktaş”ın xarakterinə uyğun olduğunu bildirdim. Mourinyo təklifdən sonra dəyərləndirmə aparacağını bildirdi. O, "Beşiktaş"ı izləyəcəyini və geri dönüş edəcəyini dedi. Mourinyo bir müddət sonra bizimlə əlaqə saxlayaraq komandaya gəlməyə razı olduğunu bildirdi. Gələn həftə İtaliyada daha bir görüşüm olacaq. “Beşiktaş”da işləmək istədiyini söylədi”, - deyə o qeyd edib.

Yücel portuqaliyalı məşqçinin iqtisadi gözləntilərini qarşıladıqlarını açıqlayıb: “Biz “Beşiktaş” klubu olaraq Mourinyonun iqtisadi gözləntilərini qarşıladıq. Xüsusilə sponsorluq üzərində işləyirik. Rəqəmləri qarşılamağa hazırıq. Mourinyo məsələsini idarə heyəti daxilində dəyərləndirəcəyik. Gələn həftə İtaliyada yekun görüşümüz olacaq”, - deyə qeyd edib.

“Fənərbağça”nın prezidentliyə namizədi Əziz Yıldırım da Joze Mourinyonun vəzifəyə başlayacağı təqdirdə baş məşqçi postuna düşündüyünü və portuqaliyalı məqçi ilə danışıqlar apardıqlarını açıqlayıb. “Fənərbağça”nın hazırkı prezidenti Əli Koçun Joze Mourinyo ilə danışıqlar apardığı da iddia edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »