Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq Bank məhkəməni uduzdu
Məhkəmə dollar əmanətləri üzrə faiz dərəcəsinin birtərəfli qaydada endirilməsi qanunsuz hesab

Əmanətçinin cavabdeh “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı “müqaviləyə edilmiş dəyişikliyin etibarsız hesab edilərək faiz məbləğinin ödənilməsi”nə dair iddia ərizəsi ilə Bakı Apellyasiya Məhkəməsi təmin edib.

Bu barədə Bizimyol.info-ya əmanətçinin nümayəndəsi və vəkili Əkrəm Həsənob bildirib.

Vəkil qeyd edib ki, ötən ilin sonunda Azərbaycan Beynəlxalq Bankı müddətli dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirib: “Bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, o cümlədən devalvasiya və maliyyə vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışırdı.

Gözdən pərdə asmaq üçün bank hətta Prezidentin “Azərbaycan Beynəlxalq Bankına dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına da istinad edirdi. Guya Prezidentin göstərişini yerinə yetirir. Halbuki, əslində sadəcə dövlət başçısının adından sui-istifadə edirdi və Fərmanda belə bir şey yoxdur.

Mən elə o zaman bankın bu hərəkətini qanunsuz (cığallıq) hesab etdim və əmanətçilərə məhkəməyə müraciət etməyi tövsiyə etdim”.

Ə.Həsənəv bildirib ki bankın heç bir halda məhkəmədənkənar qaydada müqavilə şərtini dəyişməyə hüququ yoxdur: “O da ola fiziki şəxslə bağlanmış əmanət müqaviləsi üzrə faiz dərəcəsini: Mülki Məcəllənin 948.3-cü maddəsi bunu birbaşa qadağan edir. Maliyyə vəziyyətinin pisləşməsi haqda arqument də tam cəfəngiyatdır: dövlətin yardımı nəticəsində Bank ötən ili 806 mln. manat məbləğində xalis mənfəətlə başa vurub.

Minlərlə əmanətçidən yalnız 3 nəfər məsləhətimlə məhkəməyə iddia ilə müraciət etdi. Bunun özü də bir göstəricidir: bank və məhkəmə sistemlərinə etimad etməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn etdi və sadəcə pullarını geri çəkdi. Nəticədə bank sistemi itirdi!”

Vəkil bildirib ki, bu ilin mart ayında Nəsimi rayon məhkəməsi bu şübhələri təsdiq etdi: “Amma iddialarımız rədd edildi. Həmin məhkəmədə proseslərin özü belə, etirazımıza baxmayaraq, qapalı keçirildi. Guya hansısa sirr açılmalı idi, amma açılmadı”.

Vəkil Nəsimi rayon məhkəməsinin hər üç qətnaməsindən apelyasiya şikayəti etdik: “29 iyun tarixdə Bakı Apellyasiya Məhkəməsi hakim Məmməd Məmmədovun sədrliyi ilə ilk apelyasiya şikayətimizi təmin edərək Beynəlxalq Bankın əməlini qanunsuz hesab etdi. Bununla da ədalət bərpa olundu: bank fiziki şəxslə bağladığı əmanət müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada endirə bilməz”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »