Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlətlərinin strategiyası- ekloji təhlükəsizlik
Hər il bütün dünyada aclıqdan təxminən 20 milyon nəfər dünyasını dəyişir

Bioloji varlıq olan insan təbiətin şahı deyil, yalnız onun bir hissəsidir, özü də ümumiyyətlə biosferin vəziyyətindən asılıdır və ikincisi, təbii ehtiyatlar sonludur və o tükənmək üzrədir. Təbiətə olan münasibəti dəyişmək, bütün canlılara qayğı ilə yanaşmaq lazımdır: həm təbiətə, həm insanlara. Təbii ehtiyatlara qənaət etmək, tullantıların emal edilməsi bu gün adı ön plana çəkilir. Biosferin qorunub saxlanılması insan cəmiyyətinin yaşaması üçün vacib şərtdir. Ekologiya, təbiət elmlərindən müxtəlif tədris fənnlərinin nəticələrini cəmləşdirən və insanın ətraf dünyaya və onun özünə qarşı davranışını təyin edən dünya elminə çevrilir. Bütün canlı aləmə və təbii ehtiyatlara qayğı ilə yanaşmada ümumtəhsil məktəbləri xüsusi rol oynamalıdır. Məhz burada bəşəriyyətin yeni nəsili ekoloji mədəniyyətin əsaslarını mənimsəməlidirlər. Nəzərə almaq lazımdır ki, elmi-texniki tərəqqi insanın təbiətdən asılılığının bir formasını azaltmaqla bərabər, bir çox hallarda bu asılılığın daha çətin və təhlükəli formalarına səbəb olur.

İnsanların Yer üzündə yaşaya bilməsi müəyyən fiziki hüdudları keçməməlidir. Hazırda bəşəriyyət artıq ərzaq problemi ilə qarşılaşmışdır. Hər il bütün dünyada aclıqdan təxminən 20 milyon nəfər dünyasını dəyişir.

Ekoloji təhlükə insan və cəmiyyətin həyati vacib maraqlarına, ətraf mühitə antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyətdir. «Təhlükə» termini altında ətraf mühitdə elə bir vəziyyət başa düşülür ki, müəyyən şəraitdə arzuedilməz hadisə və proseslərin yaranması mümkün olsun və bu proseslər insan və ətraf mühitin vəziyyətinə mənfi təsir göstərərək aşağıdakılardan birinə və ya onların məcmusuna gətirib çıxara bilsin: İnsan sağlamlığına mənfi təsir; Ətraf mühitin vəziyyətinin kəskinləşməsi.

Ekoloji təhlükə xarici və daxili təhlükəyə bölünərsə, bu zaman I qrupa dövlətlərarası silahlı münaqişə və təbii - texnogen qəzalarla əlaqədar təhlükə, II qrupa isə bir qayda olaraq sənaye sahəsi, regional səviyyədə qəzaların təsiri nəticəsində yaranan təhlükə aid edilə bilər. Davamiyyət müddətinə görə ekoloji təhlükə qısa müddətli və uzun müddətli , məkanca isə qlobal, regional və lokal ola bilər. Ekoloji təhlükənin əsas yaranma səbəbləri aşağıdakılardır: 1. İnsanların məskunlaşdığı mühitin əlverişli şəraitinin qorunub saxlanılmasına təbiət, cəmiyyət və insanın qarşılıqlı təsirinin təbii mexanizminə təsir dərəcəsi nəzərə alınmadan ictimai, iqtisadi, texnoloji problemlərin həll edilməsi təcrübəsi; 2. Təbii mühitin ən şiddətlənən çirklənməsi və dağılması. Planetdə və xüsusilə sənayesi güclü inkişaf etmiş, təbii ehtiyatların çox mənimsənildiyi regionlarda ekoloji tarazlığın pozulması. Təbii ətraf mühitin qeyri-effektiv mühafizəsi; 3. Ərazidə ekoloji və antropogen yükün qeyri bərabərliyi, torpaqların məhsuldarlığının itməsi, içməli su ehtiyatının tükənməsi, flora və fauna genofondunun azalması və itməsi; 4. Yeni xəstəliklərin yaranması, ölüm halları səviyyəsinin artması ilə ekoloji vəziyyəti pozan amillərin təsiri altında bilavasitə əlaqənin ictimai, dövlət və hüquqi cəhətdən qiymətləndirilməməsi; 5. Ekoloji təhlükəsizlik əsaslarının əhaliyə tədris etmə forma və üsullarının təkmilləşdirilməmiş olması, ekoloji anlayışın aşağı səviyyədə olması. Ekoloji təhlükənin yaranmasının ən əsas səbəbləri texnoloji və ekoloji böhranlardır. Bu böhranların mənbələrini və nəticələrini nəzərdən keçirək.

Texnogen böhran. Bəşəriyyətin elmi - texniki tərəqqi əsrinə daxil olması, texnosferin sürətli inkişafı ilə əlaqədar olaraq, texnoloji qəzalardan dəyən zərərin miqyası təbii fəlakətlərin analoji göstəriciləri ilə müqayisə ediləcək səviyyəyə çatmışdır. Potensial cəhətdən ən təhlükəliləri atom obyektləri, kimya və neft emalı sənayesi, boru kəmərləri, nəqliyyatdır. Belə ki, hər gün atmosfer və sututarlara atılan tullantılardan, zərərli tullantıların torpağa basdırılmasından yaranan «sakit» texnoloji qəzalar baş verir. Onların təhlükəsi ondan ibarətdir ki, tədricən və gözə görünmədən zərərli maddələr toplanaraq, təbiətə və insana gələcəkdə böyük təhlükələr yaradır.

Ekoloji böhranın səbəbləri həm qlobal, həm də lokal səviyyələrdə araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, qlobal və lokal səviyyələrdə ekoloji müvazinətin pozulması bir - biri ilə sıx bağlıdır və çox tez - tez bir - birinə nüfuz edir. Məsləhət görülür ki, aşağıdakı məqamlar ayrıca təhlil olunsun: 1. Əhali artımı. Konkret faktlar bu problemin kifayət qədər ciddi olduğunu təsdiqləyir. 8 min il bundan əvvəl Yer üzərində cəmi 5 milyon adam yaşayırdı. B.e.-nın ancaq 1650 - ci ilində bu rəqəm təxminən 500mln. nəfərə çatmışdı. 1850 - ci ildə bütün dünyada əhalinin sayı 1 milyard nəfər olmuş, yəni əhalinin sayının iki dəfə artması üçün 200 il vaxt lazım gəlmişdi. 1930 - cu ildə bütün dünyada 2 milyard əhali yaşayırdı, yəni əhalinin sayca yenidən 2 dəfə artması üçün 80 il vaxt keçmişdi. 1970 - ci ildə Yer kürəsi əhalisinin sayı 3,5 milyard nəfər idi. Ümumdünya Bankının proqnozlarına görə 2050 - ci ildə əhalinin sayı 8,3 milyard nəfər olacaqdır. İqtisadi cəhətdən inkişaf etmiş və zəif inkişaf etmiş ölkələrdə əhalinin təbii artım sürətində əhəmiyyətli fərqlər özünü göstərir. Məsələn, Avropada əhalinin orta illik təbii artımı 0,8 %, Latın Amerikası ölkələrində və Asiyada 2,3%, Afrikada isə 3% təşkil edir. Əsasən inkişaf etməkdə olan ölkələrin yerləşdiyi bu üç qitədə Yer kürəsi əhalisinin təxminən 4/5 hissəsi yaşayır. Yeri gəlmişkən qeyd edək ki, əhalinin sayı, sıxlığı və insanın böyük sıxlığa adaptasiyası probleminin ekoloji və sosialiqtisadi tərəfləri vardır.

Əhalinin sayının və sıxlığının artması başqa problemlərin də (məsələn, insan münasibətlərinin deqradasiyası, münasibətlərdə dözümsüzlüyün artması və s.) meydana gəlməsinə səbəb olur.1.Demoqrafik artım ətraf mühitin həm təbii, həm də ictimai komponentinin deqradasiyasını gücləndirir. 2. İnsanın öz mövcudluğunun təbii əsasını, deməli, həm də təbii potensialını dəyişdirməsi. Bu, yeni xammal növlərinin Ekoloji təhlükəsizlik meydana çıxmasını, yeni texnologiyaların inkişafını şərtləndirir. İqtisadi inkişaf bir sıra xarakteristikaları (əmək şəraiti, yoxsulluğun azalması, cəmiyyətin maddi və mənəvi səviyyəsinin yüksəlməsi və s.) yaxşılaşdırsa da, təbii materiyadan, onun bütün ehtiyatlarından istifadəni intensivləşdirir, ətraf mühitin çirklənməsini gücləndirir.

Deməli, sürətli iqtisadi inkişaf təbii mühit üçün çoxsaylı problemlər doğurur ki, bunlara da laqeydlik göstərilməsi yolverilməzdir.

İnsanın, cəmiyyətin fəaliyyəti nəticəsində təbii mühitin çirklənməsi prosesi sənayeləşmə ilə başlanır, lokal hüdudları ötüb keçir və zaman keçdikcə universal problemə çevrilir. Etiraf edilməlidir ki, XX əsrin ikinci yarısına qədər bu problemə xüsusi diqqət yetirilməmişdir. 50 - ci illərdən başlayaraq ətraf mühitin çirklənməsi həyat üçün təhlükəli miqyas almış və onun zərərli təsirinə diqqət güclənmişdir. Buna baxmayaraq, çirkləndiricilərin sayı və növləri artmaqda davam edir. Qeyd edilməlidir ki, havanın, suyun, torpağın çirklənməsi, habelə hədsiz istilik ayrılması və radioaktiv şüalanma mahiyyətcə sərhəd tanımır və müasir cəmiyyətin qlobal problemi kimi çıxış edir. Çirklənmənin müxtəlif təzahürləri bir - birilə sıx bağlıdır. 4. Enerji ilə təminat problemi də ekoloji duruma ciddi təsir göstərən amildir

Ekoloji riskin qiymətləndirilməsinin təxmini ardıcıllığı:

-təhlükənin ilkin identifikasiyası;

-təhlükə mənbəyinin və onunla əlaqədar olan ziyanın təsviri; -normal iş şəraitində riskin qiymətləndirilməsi;

-istehsalda ehtimal olunacaq qəza halları riskinin qiymətləndirilməsi; -qəza hallarının inkişafının mümkün ssenari spektrləri;

-riskin ehtimal analizi və statistik qiymətləndirmə

Riski idarəetmənin əsas prinsiplərindən biri cəmiyyətdə olan hər növ təhlükənin bütöv spektr toplusu daxil edilməsidir və ondan hər hansı bir insana və ümumiyyətlə cəmiyyətə edilən riskin “qəbul edilə biləcək” həddən yüksək ola bilməməsidir. Nəhayət, riski idarəatmə sahəsində siyasət təbii ekosistemlərə təsirə qarşı ciddi məhdudiyyətlər çərçivəsi daxilində qurulmalı, ekosistemlərə ekoloji təsirin yol verilə biləcək həddən artıq olmaması haqqında tələblərdən təşkil edilməlidir.

İdarəetmə qərarlarının qəbul edilməsi və təhlükəsizlik tələbləri ilə əlaqədar olaraq riskin analitik təhlili və onun yol veriləcək hədlərinin müəyyənləşdirilməsi üçün aşağıdakılar vacibdir:

1. Mövcud təhlükə mənbələrinə və mümkün zədələnmə obyektlərinin vəziyyətinə operativ olaraq nəzarət etməyə imkan verən informasiya sisteminin olması;

2. Təsərrüfat fəaliyyətinin nəzərdə tutulan istiqamətləri haqqında, ekoloji təhlükəsizlik səviyyəsinə təsir edə biləcək layihə və texniki qərarlar haqqında məlumatlar, həmçinin bunlarla əlaqədar riskin ehtimal olunan qiymətləndirilməsi üçün proqramlar;

3. Təhlükəsizlik ekspertizası və risk mənbəyi sayılan alternativ layihə və texnologiyaların müqayisəsi;

4. Təhlükəsizlik səviyyəsinin artmasının texniki - iqtisadi strategiyasının işlənib hazırlanması, risk kəmiyyətinin idarə edilməsi və onun ictimai, iqtisadi və ekoloji nöqteyi - nəzərdən qəbul edilə biləcək səviyəyədək enməsi üçün optimal xərc sturturunun müəyyənləşdirilməsi;

5. Risk proqnozlarının tərtib edilməsi və ekoloji zədələnmənin səviyyəsinin dayandırılıdığı risk səviyyəsinin analitik müəyyən edilməsi; 6. Verilən funksiyaların yerinə yetitrilməsi və qərarların qəbul edilməsi prosesləri üçün nəzərdə tutulan təşkilati strukturların, ekspert sistemlərinin və normativ sənədlərin formalaşdırılması; 7. Ekoloji risk haqqında elmi məlumatların təbliğatı. Azalan risk prinsipinə müvafiq olaraq risklərin əvəz edilməsi prosesi idarəetmənin zəruri vasitəsidir. Həmin prosesə əsasən, müasir texniki vasitələrlə yaranan risk yalnız o zaman cəmiyyət tərəfindən qəbul edilir ki, bu zaman həmin texnikanın istifadəsi, eyni təsərrüfat məsələsini həll edən digər alternativ texnikadan istifadə ilə müqayisədə insanların məruz qaldığı ümumi riski nisbətən azaldır.

Davamlı inkişafın təmin olunmasında əsas amillərdən olan ekoloji təhlükəsizlik məsələləri milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Öz strukturuna görə və milli prioritetinə görə ekoloji təhlükəsizlik bir çox ölkələrdə milli təhlükəsizlik strategiyasının tərkib hissəsinə daxil edilmişdir. Məsələn, ABŞ-ın sabiq prezidenti B.Klinton prezidentliyi dövründə ekoloji təhlükəsizliyin ölkənin ümummilli təhlükəsizlik strategiyasının tərkib hissəsinə daxil edilməsi haqqında qərar vermişdi. Ekoloji təhlükəsizlik insan təhlükəsizliyinin mühüm tərkib hissəsi kimi həm də BMT-nin sənədlərində öz əksini tapmışdır. Məsələn, BMT-nin “İnsan İnkişafı” haqqında hesabatında ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »