Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna məğlub olacağı təqdirdə ABŞ Kiyevə qoşun göndərə bilər
Ukrayna məğlub olacağı təqdirdə ABŞ Kiyevə qoşun göndərə bilər

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratların lideri Hakim Cefris Kiyevin məğlub olacağı təqdirdə ABŞ-ın Ukrayna münaqişəsi zonasına qoşun yeritməli olacağını istisna etməyib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "CBS" telekanalına müsahibəsində bildirib.

“Biz Ukraynanın yıxılmasına imkan verə bilmərik, çünki belə olarsa, Amerikanın münaqişəyə təkcə pulumuzla deyil, həm də qoşunlarımızla qatılmaq ehtimalı böyükdür”, - deyə Cefris qeyd edib.

Konqres nümayəndəsi, eyni zamanda, Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında gecikmədə günahlandırdığı Respublikaçılar Partiyasında rusiyayönlü fraksiyanın gücləndiyini iddia etdi. Onun fikrincə, bu fraksiya Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-ın düşməni olmadığına inanır. O, hesab edir ki, bu fraksiyanın lideri nümayəndə Marcori Teylor-Grindir.

Amerika administrasiyası dəfələrlə bildirib ki, ABŞ Ukraynada qoşun yerləşdirmək niyyətində deyil.

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Konfransdan sonra iclasda iştirak edən əksər ölkələrin nümayəndələri Ukraynaya qoşun yeritməyi planlaşdırmadıqlarını bəyan ediblər.

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Fransa artıq Ukraynaya göndəriləcək hərbi kontingenti hazırlayır, ilkin mərhələdə bu, təxminən 2 min nəfər təşkil edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »