Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pandusu açmayan da, "susub" oturan da, "hay-küy" salan da avtobus dolusu cəmiyyəti uçuruma aparır...
Pandusu açmayan da, "susub" oturan da, "hay-küy" salan da avtobus dolusu cəmiyyəti uçuruma aparır...

Ötən gün sosail şəbəkələrdə əlilliyi olan şəxsi avtobus minə bilməsi üçün avtobus sürücüsünün pandusu açmaması ilə bağlı video yayılmışdı. Sürücü sosial şəbəkə istifadəçiləri tərəfindən qınandı. Yerli mətbuatın məlumatına görə, işində yol verdiyi nöqsanlara görə işdən azad edildi. Avtobusun şirkəti mətbuata açıqlamasında bildirdi ki, pandusu açmaq və əlil arabasını avtobusa yerləşdirmək sürücünün məsuliyyətindədir. Bəzi hallarda panduslarda texniki problemlər ola bilər ki, bunu da avtobusun aid olduğu şirkət həll etməlidir.

Bəli, bu halda sürücü "günahkar"dır. Düşməli, pandusu açmalı, həmin şəxsin avtobusa minməsinə kömək etməli idi...

Mən bu barədə çox danışmaq istəmirəm. Çünki onsuz da insanlarımız hər hansısa bir formada bir-birinin çörəyinə bais olmağa alışıblar. Məni narahat edən başqa bir məsələdir. Bu gün hamının əlində telefon var. Və hər kəs kimliyindən asılı olmayaraq, qarşılaşdığı haqlı və ya haqsız hadisələrdə qarşısında telefon çıxarıb, çığıra-çığıra çəkməyə başlayır. Kimi polisi çəkir, kimi mağaza satıcısını, kimi yolda dalaşdığı bir sürücünü... Hamı çəkir, paylaşır. İnsanların "özəl" həyatı da qalmayıb. Hamı bir-birinin üzərində özünü "əxlaq" polisi kimi hiss edir. Maraqlısı da budur ki, bu vəziyyətə müdaxilə edən yoxdur.

Nəzərə almaq lazımdır ki, səs-küy salıb, qışqırıb video çəkənlər arasında ruhi cəhətdən sağlam olmayan və yaxud yaşayış tərzi belə qışqır-bağırla keçən, ya da dolanışığını qışqırıb-bağırmaqla "düzəldən" insanlar ola bilər. Onların paylaşdıqları videolar cəmiyyətdə aqressiya yarada bilər. Deyirlər “elin gözü tərəzidir”... Unutmaq olmaz ki, bu tərəzi də bəzən, hətta deyərdim ki, çox zaman "səhv" çəkə bilir.

Yadınıza gəlirmi, Türkiyədə balıqçının linç edilməsi? Həmin şəxs dünyasını "dəyişdi". Bu kimi hadisələr Azərbaycanda da baş verə bilər.

Sosial şəbəkələrə "senzura" tətbiq edilməlidir?

Bu gün ağzı olan hər kəs danışır, telefonu olan hər kəs çəkib paylaşır. Buna da bir əncam çəkmək lazımdır.

O ki, qaldı o sürücüyə... Bəlkə də pandus işləmirdi? Bəlkə də ona "ayrılan" vaxtı tamamlamaq üçün tələsirdi? Avtobusa minmək istəyən o şəxsdən başqa avtobusda onlarla insan vardı. Onlarn da hüququ var...

Bir də deyirlər ki, “haqsızlar həmişə yüksək səslə danışır ki, özünü haqlı kimi göstərə bilsin”...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »