Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya tibb işçiləri "Google"u məhkəməyə verib
Yaponiya tibb işçiləri "Google"u məhkəməyə verib

Yaponiyada həkimlər və stomatoloqlar da daxil olmaqla 63 səhiyyə işçisi “Google Maps”də yazılan əsassız neqativ şərhlərin onların bizneslərinə mənfi təsir göstərməsi səbəbi ilə qanuni addım atıb.

Bizimyol.info "trthaberə istinadən xəbər verir ki, Tokio Rayon Məhkəməsində "Google"a qarşı qaldırılan iddiada şikayətçi həkim-xəstə məxfiliyinə görə "əsassız şərhlərə etiraz etmədiklərini", lakin "Google"un müvafiq tədbir görmədiyini iddia edib.

Paytaxt Tokioda klinika işlədən şikayətçi həkimlərdən biri açıqlamasında: "Bir çox səhiyyə müəssisəsinin fəaliyyətinə böhtan, təhqir və real olmayan "Google"da yazılan yazılar mane olub", - deyə qeyd edib.

Şikayətçinin vəkili Nakazawa Yuiçi öz ifadəsində işçilərin əlverişsiz vəziyyətini nəzərə alaraq "Google"un məsuliyyət daşımaması düzgün deyil" deyib.

İddiada 1,4 milyon yen (9 min dollar) təzminat tələb edir. "Google Maps" tətbiqində istifadəçilər bizneslər və bu bizneslərdən aldıqları xidmətlər haqqında şərhləri sərbəst paylaşa və 1 ilə 5 arasında səsvermə yolu ilə qiymətləndirə bilərlər.

Praktikada iş saatları və yerlər də daxil olmaqla digər məlumatlar da açıq şəkildə dərc olunur. Milli mətbuatda bildirilirdi ki, "Google" dezinformasiya və anlaşılmazlıqları azaltmağa çalışsa da, ayrı-ayrı hallara münasibət bildirməkdən imtina edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »