Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail İrana cavab zərbəsi endirib - "Reuters"
İsrail İrana cavab zərbəsi endirib - "Reuters"

Adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan məlumatlara görə, İsrail yerli vaxtla cümə günü səhər tezdən İrana qarşı əks-hücum keçirib.

Bizimyol.info xəbər verir ki, "trthaber"in verdiyi məlumata görə, İsrailin İrana hücumu xəbərini ilk dəfə Amerikanın "ABC News" kanalı ABŞ rəsmisinə əsaslanaraq, sonradan "CBS News" və "CNN" kanalları vasitəsilə öz izləyicilərinə çatdırıb.

"ABC News" qeyd edib ki, İsrailin də Suriya və İraqda bəzi bölgələri vurduğuna dair iddialar təsdiqini tapmayıb. "CNN"ə danışan ABŞ rəsmisi, Bayden administrasiyasının İsrailin “İrana qarşı əks hücumu”na yaşıl işıq yandırmadığını və ABŞ-ın bölgədə hərtərəfli münaqişənin olmasını istəmədiyini vurğulayıb.

Rəsmi qeyd edib ki, İsrail hücumdan əvvəl cümə axşamı günü "İrana qarşı məhdud əks-hücuma başlayacağı" barədə məlumat verib və ABŞ bu hücumu "dəstəkləməyib". O, həmçinin əlavə edib ki, hücum zamanı vurulan ərazi nüvə obyekti deyil.

İran mediası İran Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini açıqlayıb.

"Xəbər mənbələri İsfahan əyalətində nisbətən güclü partlayışın eşidildiyini bildirir. Bu səsin mənbəyi hələ açıqlanmayıb", - deyə dövlət televiziyası bildirib.

Yarı rəsmi Fars Xəbər Agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, İsfahanın şimal-şərqində yerləşən Kehcavaristan şəhərində partlayış səsi eşidilib. Bu səslərin səbəbinin hələ məlum olmadığını bildirən Fars, Kehcavaristan şəhərinin İsfahan Hava Limanı və Ordu Hərbi Hava Qüvvələrinin 8-ci Bazasının yaxınlığında yerləşdiyini bildirib.

İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, ümumilikdə 7 nəfər həlak olub.

Tehran ötən həftə İsrailə cavab verib. 300-dən çox sursat dolu pilotsuz təyyarə və raketlə İsrailə qarşı həyata keçirilən "Əsl söz" əməliyyatında 1 nəfər yaralanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »