Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT: Qəzza münaqişəsi geridə “itirilmiş nəsillər” qoyacaq
BMT: Qəzza münaqişəsi geridə “itirilmiş nəsillər” qoyacaq

Qəzza zolağında münaqişə ən azı, birdən çox “itirilmiş nəsil”in olduğunu göstərir.

Bizimyol.info xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının “Qəzza müharibəsi: Fələstin dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı hesabatında deyilir.

"Münaqişənin ağır nəticələri illərlə hiss olunacaq. Ərzaq təhlükəsizliyi, təhsil boşluqları, səhiyyə xidmətlərinin olmaması, pis sanitariya və gigiyena, məcburi köçkünlük, eləcə də pis mənzil şəraiti artıq bir nəsil insanı inkişafdan geri qoyub. Müharibədən əvvəlki səviyyəyə qayıtmaq üçün iki onillik lazım ola bilər. Minlərlə insan itkisi və daha çox şikəst və yaralı ilə yanaşı, gələcək "itirilmiş nəsillər" üçün də real risk yaradır", - deyə hesabatda qeyd edilib.

Hesabatın müəllifləri bildiriblər ki, Fələstin anklavının iqtisadiyyatının qida bazası məhv edilib və dağıdılmış yaşayış evlərinin bərpası, “ən optimist proqnozlara” görə, ən azı 2040-cı ilə qədər davam edəcək.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücum etməsi, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Fələstin anklavında HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə hərbi əməliyyata başlayıb.

2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb. Bu müddət ərzində İsrail tərəfinin məlumatına görə, 110 girov azad edilib. Dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu gün də davam edir. Hazırda döyüşlərin dayandırılması ilə bağlı cəhdlər edilsə də, hələ ki, nəticə əldə etmək mümkün olmayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »