Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran prezidenti: İsrailə qarşı əməliyyat məhdud idi
İran prezidenti: İsrailə qarşı əməliyyat məhdud idi

İran prezidenti İbrahim Rəisi ölkəsinin İsrailə hücumunu məhdudlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi "İRNA"nın məlumatına görə, Rəisi paytaxt Tehranda keçirilən “Ordu günü” qeyd etmə mərasimindəki çıxışında İsrailə edilən hücumu dəyərləndirib.

Rəisi: "Keçirilən "Əsl vaxt" əməliyyatı İsrailin əzəmətini məhv etdi. Əməliyyat məhdud saxlanıldı. Daha güclü bir hücum olsaydı, İsraildən əsər-əlamət qalmazdı", - deyə qeyd edib. Prezident Rəisi İsrailin kəşfiyyat, təhlükəsizlik və hərbi sahədə strateji məğlubiyyətə uğradığını qeyd edib.

Digər tərəfdən, İran Ordusu Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ölkəsinin döyüş gəmilərinin Ədən körfəzində olduğunu və İran ticarət gəmilərini müşayiət etdiyini bildirib. İrani: "İran ordusunun donanmaları ticarət gəmilərimiz üçün müşayiət vəzifələrini yerinə yetirir. Hazırda "Camaran" hərbi gəmisi Ədən körfəzindədir və bu missiya Qırmızı dənizə qədər davam edəcək. Gəmilərimizi Körfəzdən müşayiət edirik. Ədəndən Süveyş kanalına qədər”, - deyə o qeyd edib.

İranlı komandir həmçinin bildirib ki, onlar başqa ölkələrin gəmilərini də qorumağa hazırdırlar.

Qadir, Bizimol.info

Son xəbərlər
Bütün xəbərlər »