Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Seçkilərdən sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan əlaqələrində yeni bir dinamika ola bilər"
"Seçkilərdən sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan əlaqələrində yeni bir dinamika ola bilər"

Bir neçə gün əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. İlham Əliyev də öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidentinə zəngi zamanı Amerikanın Cənubi Qafqazda iki dövlət arasında sülh müqaviləsinin bağlanmasını və vasitəçiliyini önə sürdü.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında hər hansı bir vasitəçiyə ehtiyac yoxdur. Belə ki, artıq 4 anklav kəndin Azərbaycana verilməsilə bağlı müsbət razılaşma başlayır.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

İki tərəfli ABŞ Azərbaycan əlaqələrinə gəldikdə, problemlər Vaşinqton tərəfindən yaradılır.

“ABŞ konqresində Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılması istiqamətində addımlar, dövlət departamentinin insan hüquqlarına bağlı bəyanatı təbii ki, ikitərəfli əlaqələrə mənfi təsir edir. Amma Azərbaycan siyasi iradəsi ondan ibatətdir ki, ABŞ ilə siyasi əlaqələri davam etdirsin. Entoni Blinken də Azərbaycanla münasibətlərin inkişafına çalışır. Çalışır ki, əlaqələri normal olsun, münasibətlər inkişaf etsin və bu istiqamətdə də tərəflər arasında müzakirələr olur”-deyə politoloq bildirib.

Politoloq vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi Vaşinqtonun da bu məsələdə Azərbaycana siyasi dəstək verməsi və Cənubi Qafqazda yeni bir təhlükəsizlik formalaşdırılması istiqamətində Azərbaycanla ABŞ arasında məsləhətləşmələr, danışıqlar gedəcək. Bunun özü də ABŞ-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir edən əsas faktorlardandır.

"ABŞ Azərbaycan arasında enerji və təhlükəsizlik, beynəlxalq terrorçulara qarşı və kiber təhlükəsizliyə qarşı normal əlaqələr var. Bunu siyasi müstəvidə də inkişaf etdiyi üçün mütləq şəkildə siyasi iradə də olmalıdır. Amma Amerikada gözlənilən prezident seçkiləri ərəfəsində ABŞ daha çox daxili ABŞ-ın daxili məsələləri ilə məşğuldur"-deyən politoloq qeyd edib ki, ABŞ-da noyabrdan sonra keçirilən seçkilərin ardınca ABŞ-Azərbaycan əlaqələrində yeni bir dinamika ola bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »