Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN başçılarının Astana görüşünün vaxtı Ermənistana görə dəqiqləşməyib
XİN başçılarının Astana görüşünün vaxtı Ermənistana görə dəqiqləşməyib

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı hələ dəqiqləşməyib.

APA-nın məlumatına görə, bunu Qazaxıstan Xarici İşlər Nazirlyinin mətbuat katibi Alibek Bakayev bildirib.

O deyib ki, buna səbəb rəsmi İrəvanın təklifə cavab verməməsidir.

Qeyd edək ki, bir qədər əvvəl nazirliyin Kommunikasiyalar Departamentinin direktoru Aybek Smadiyarov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün Almatıda təşkil olacağını bildirib.

Departament rəhbərinin sözlərinə görə, belə bir görüş baş tutarsa, ölkəsi danışıqlarda vasitəçi qismində iştirak etməyəcək.

Son xəbərlər
Bütün xəbərlər »