Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orban hesab edir ki, Aİ rəhbərliyi dəyişməlidir
Orban hesab edir ki, Aİ rəhbərliyi dəyişməlidir

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqının hazırkı rəhbərliyi istefaya getməlidir.

Bizimyol.info xəbər verir ki, bu barədə Orban keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Yaşıl keçid, davamlı inkişaf siyasəti, miqrasiya, hərbi və sanksiya siyasətləri kimi öz seçdiyi bir neçə böyük layihə ilə Avropa İttifaqının rəhbərliyinə sahibik və bunların hamısı uğursuzluğa düçar oldu. Avropa Birliyinin indiki rəhbərliyi getməlidir, amma bizə yeni liderlər lazımdır”, - deyən baş nazirin mətbuat konfransındakı çıxışının videosu mətbuat xidməti tərəfindən "X" sosial şəbəkəsinə yerləşdirilib.

Siyasətçi Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını xatırladıb. Onun sözlərinə görə, Avropa İttifaqının yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.

Aprelin 10-da Macarıstan hökuməti Aİ-nin miqrasiya siyasətinə qarşı çıxıb və Aİ-nin yeni miqrasiya paktını dəstəkləməyib. Orban deyib ki, “miqrasiya paktı Avropa Birliyinin tabutuna vurulan başqa bir mismardır”.

Qeyd edək ki, Orban həmişə Avropa İttifaqına qarşı Rusiyameyilli mövqe nümaiş etdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »