Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fərq sadəcə yaşda deyil... "50 yaşlı kişi "qulluq" gözləyəcək, 18 yaşlı qız "gəzmək" istəyəcək" - Video
Fərq sadəcə yaşda deyil... "50 yaşlı kişi "qulluq" gözləyəcək, 18 yaşlı qız "gəzmək" istəyəcək" - Video

Azərbaycanda 60 yaşdan sonra ikinci, üçüncü, hətta dördüncü dəfə ailə quran insanlar var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə yaşı 60-dan yuxarı olan 1100-dən çox vətəndaş rəsmi nikaha girib. Həmin ildə 60 və daha yuxarı yaşda olan bəylərin sayı 838, gəlinlərin sayı 306 nəfər olub. Yaşı 60-dan çox olan iki bəy 20-24 yaşlı xanımlarla nikah bağlayıb. Yaşı 60-dan yuxarı olan bir kişi 25 yaşlı xanımla, altı kişi isə 30-34 yaşlı xanımlarla evlənib. 60 yaşı geridə qoyan 25 kişinin evləndiyi xanımlar isə 25-39 yaşlarında olub.

Xalq arasında bir deyim var: “qocaya gedən quyruq yeyər, cavana gedən yumruq”… Yəni atalarımız da gənc qızların yaşlı bəylərlə ailə qurmasına "qarşı" çıxmayıb...

Böyük yaş fərqi ilə ailə həyatı qurmağın hansısa numeroloji təsirləri varmı?

Qafqazın yeganə numeroloqu Xəyal Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bəzən “yaşın nə fərqi var ki” desələr də, 50 yaşlı kişinin 18 yaşlı qızla ailə qurması normal hal deyil.

Numeroloq Xəyal Məmmədov Numeroloq Xəyal Məmmədov

“Mən o şeylərə yaxşı baxmıram. 50 yaşlı insanın 50 ildə gördüyünü 18 yaşlı gənc qız görməyib. Onların bir yerdə yaşaması nə dərəcədə düzgün olar? Bunu dərk etmək olduqca çətindir. Çünki onların baxış bucaqları, həyatdan istədikləri də tam fərqli olacaq. 50 yaşlı kişi istəyəcək ki, otursun evdə elə buna cavan həyat yoldaşı qulluq etsin. 18 yaşlı cavan qız ərə gedəndə deyəcək ki, “gəzmək istəyirəm, görmək istəyirəm”. Yaşlı ər də ona bu istəklərin qarşılığını verməyəcək, verə bilməyəcək”- deyən numeroloqun fikrincə, bu qədər yaş fərqi olan insanlar "düzgün" cütlük sayılmır və sayıla da bilməz.

“Yəni yaş dövrü və insanların energetik durumları nəzərə alınmalıdır. Ona görə də mən elə həyat quranlara və aradakı elə böyük yaş fərqinə "normal" baxmıram və düzgün seçim olaraq qəbul etmirəm”-deyə numeroloq bildirib.

Numeroloq Xəyal Məmmədovun mövzu ilə bağlı ətraflı müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »