Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vanq Yi: Çin və Rusiya yeni münasibətlər modeli yaradacaq
Vanq Yi: Çin və Rusiya yeni münasibətlər modeli yaradacaq

"Çin və Rusiya qarşıdurmadan qaçaraq dövlətlərarası münasibətlərin yeni modelini müdafiə edəcəklər".

Bizimyol.info xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Biz qarşıdurma əvəzinə dialoq və tərəfdaşlıq ruhunda dövlətlərarası münasibətlərin yeni modelini müdafiə etməliyik”, - deyə o, Pekində ikitərəfli danışıqların yekunlarına görə baş tutan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında vurğulayıb.

Çin diplomatının sözlərinə görə, Pekin və Moskva hegemonluq və despotizmə, habelə ayrı-ayrı dövlətlərin zorakılıq siyasətinə qarşı birlikdə çıxacaq və “soyuq müharibə zehniyyətinə, eləcə də qarşıdurma yaratmaq cəhdlərinə” qarşı bigə mübarizə edəcəklər. “Biz ortaq tale icmasının formalaşmasına fəal kömək edəcəyik”, - deyə Vanq Yi əlavə edərək, Rusiya ilə qarşılıqlı faydalı əlaqələri gücləndirməyə hazır olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »