Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müğənni Rəqsanədən Moskvada saxlanması barədə xəbərlərə reaksiya
Müğənni Rəqsanədən Moskvada saxlanması barədə xəbərlərə reaksiya

Müğənni Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi üzrə saxlanılıb. O, rüşvət vermə və sənədlərin saxtalaşdırılması, saxta sənədlərdən istifadə kimi əməllərdə ittiham olunur.

Bizimyol.info xəbər verir ki, bu barədə Moskva şəhər Polis İdarəsindən Rusiya mediasına məlumat verilib. Məlumatda iddia olunur ki, Rəqsanə İsmayılova Azərbaycanda da dələduzluğa görə axtarışda olub. Onunla bağlı cinayət işi Moskvanın Solntsevo rayon polis şöbəsində araşdırılır.

Rəqsanə İsmayılova Yelena Smirnova haqqında 2023-cü ildə cinayət işi üzrə öncə şahid qismində istintaqa cəlb olunub. İddia olunur ki, o, Qurbanov soyadlı bir nəfərlə əlbir olaraq, müxtəlif adamlar üçün saxta pasport düzəldib. Araşdırmalar zamanı məlum olub ki, Yelena Smirnovanın saxta pasport düzəltdiyi şəxslər arasında Rəqsanə İsmayılova da var. Müğənninin həmin pasportu 2019-cu ildə aldığı və dindirmə zamanı istintaqa təqdim etdiyi bildirilir. İstintaqın versiyasına görə, Rəqsanə İsmayılova saxta pasport üçün Qurbanova 650 min rubl pul verib.

Aprelin 2-də müğənni ilə bağlı fakt üzrə də cinayət işi başlanıb. Rəqsanə İsmayılova başqa yerə getməməyə dair iltizamla buraxılıb.

Bu xəbərlər yayılandan bir qədər sonra Rəqsanə İsmayılova öz videosunu çəkərək, açıqlama yayıb. O bildirib ki, saxlanması haqda yayılan xəbərlər həqiqətəuyğun deyil. “Mənə heç bir şey olmayıb. Məni heç heç kim saxlamayıb. Mən Moskvada evimdəyəm. Hər şey yaxşıdır, ayın 10-dan sonra Azərbaycana gələcəyəm”, - müğənni özü haqda yayılan məlumatlara belə reaksiya verib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »