Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail İranın hücum təhlükəsinə qarşı GPS bloklamasını gücləndirir
İsrail İranın hücum təhlükəsinə qarşı GPS bloklamasını gücləndirir

İsrail İranın mümkün hücumuna qarşı ölkə daxilində GPS proqramlarının bloklanmasını gücləndirib.

Bizimyol.info xəbər verir ki, "Times of Israel" qəzetində dərc olunan xəbərdə, başda "Google" olmaqla müxtəlif GPS tətbiqlərinin bloklanmasının ölkənin daxili bölgələrində ilk dəfə yaşanmağa başladığı, tətbiqləri açanların yerlərinin Təl-Əviv əvəzinə Beyrut kimi görüldüyü ifadə edildi.

Bildirilib ki, ölkənin daxili hissəsindəki bu GPS blokları İsrail ordusunun hava hücumundan müdafiə sistemini gücləndirdikdən və ehtiyat əsgərləri xidmətə çağırdıqdan sonra gəlib.

İsrail daha əvvəl Hizbullahın mümkün hücumunun qarşısını almaq üçün Livanla həmsərhəd şimal bölgələrində GPS proqramlarını bloklamışdı. İsrailin GPS-ə müdaxiləsi xüsusilə Livanın cənub bölgələrində tez-tez baş verir. Livanın cənubunda "Google"da GPS tətbiqini açan bir çox insan ən az 150 kilometr uzaqlıqdakı Beyrut Beynəlxalq Hava Limanında görünür.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »