Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynanın infrastrukturuna hücumların sxemini dəyişdi - MTİ
Rusiya Ukraynanın infrastrukturuna hücumların sxemini dəyişdi - MTİ

"Rusiya Ukraynanın kritik infrastrukturuna hücumlar üçün hədəf dairəsini genişləndirib, su elektrik stansiyalarına hücumları gücləndirib".

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (MTİ) hesabatında qeyd edilib.

Belə ki, martın 28-29-da baş verən hücumlar zamanı rus qoşunları Çerkassı və Çernivtsi vilayətlərində Kanevskaya və Dnestr su elektrik stansiyalarını atəşə tutub. Ukrayna rəsmiləri həmçinin Rusiyanın zərbələrinin İvano-Frankivsk və Dnepropetrovsk vilayətlərində qeyri-müəyyən kritik infrastruktura yönəldiyini, Rusiya hərbi müxbirləri isə rus qoşunlarının Dneprpetrovsk vilayətindəki Krivoy Roq İES və Sredneprovsk Su Elektrik Stansiyasına zərbələr endirildiyini bildiriblər. Bundan əlavə, martın 22-də Rusiyanın zərbələri Zaporojyedəki Dnepr Su Elektrik Stansiyasına (SES) ciddi ziyan vurub və çox güman ki, obyekt bir müddət istismardan çıxacaq.

Analitiklərin xatırladığı kimi, MTİ əvvəllər Rusiyanın Ukraynanın enerji obyektlərinə zərbələrinin Ukraynanın müdafiə-sənaye potensialını alçaltmaq məqsədi daşıya biləcəyini və Rusiya qüvvələrinin Ukraynanın enerji şəbəkəsini məhv etmək üçün yeni cəhddə Ukraynanın hava hücumundan müdafiə raketlərinin çatışmazlığından istifadə etməyə çalışdığını əvvəlcədən qiymətləndirmişdi.

“Rusiyanın Ukrayna bəndlərini və su elektrik stansiyalarını hədəfə almaq üçün yeni sxemi Rusiyanın Ukraynaya qarşı zərbələr kampaniyasının əhəmiyyətli dönüşü və genişlənməsidir. Rusiya qoşunları əvvəllər Ukrayna bəndlərinə və su elektrik stansiyalarına davamlı raket zərbələri endirməyib”, - deyə analitiklər vurğulayırlar.

2024-cü il martın 29-na keçən gecə düşmən müxtəlif növ raketlərdən və hücum PUA-larından istifadə etməklə Ukraynanın yanacaq-energetika sektorundakı obyektlərə güclü raket və hava zərbəsi endirib. Ümumilikdə işğalçılar 99 hava hücumu silahını istifadə ediblər.

Zenit döyüşü nəticəsində 84 hava hədəfi; 58 "Şahed" tipli hücum pilotsuz təyyarəsi; 17 ədəd "Kh-101/Kh-555" qanadlı raketləri; 5 ədəd "X-59" idarə olunan təyyarə raketləri; 4 "İsgəndər-K" qanadlı raketləri məhv edilib.

Martın 22-də əvvəlki kütləvi zərbə nəticəsində Rusiya işğalçı qüvvələri "DneproGES"ə 8 raket atmışdı. Zərbələr turbin otağında və stansiyanın bəndində qeydə alınıb. "Ukrhidroenerqo" PJSC DneproHES bəndinin uçmaq təhlükəsinin olmadığını, lakin hücum nəticəsində zədələndiyi üçün işinin dayandırıldığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »