Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kiyevə iki ballistik raketlə hücum edib, raketlər məhv edilib
Rusiya Kiyevə iki ballistik raketlə hücum edib, raketlər məhv edilib

"Martın 25-də rus işğalçıları müvəqqəti işğal olunmuş Krımdan iki ballistik raketlə Kiyevə hücum ediblər. Onlar ukraynalı müdafiəçilər tərəfindən məhv edilib".

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk "Telegram" kanalında bildirib.

“Saat 10:30 radələrində düşmən müvəqqəti işğal altında olan Krımdan iki ballistik raketlə Kiyevə hücum edib. Raketlər məhv edildi, müdafiə gücləndirilib", - deyə o əlavə edib.

Oleşçuk həmçinin hava hücumundan müdafiə qüvvələrinə döyüşdə göstərdikləri şücaətə görə təşəkkür edib.

Bu gün səhər, martın 25-də, bir müddət əvvəl kütləvi raket hücumuna məruz qalan Kiyevdə yenidən silsilə partlayış səsləri eşidilib. Kiyev Şəhər Dövlət Administrasiyası paytaxtda hava hücumundan müdafiə qüvvələrinin fəaliyyət göstərdiyini bildirib.

Kiyevin meri Vitali Kliçko bildirib ki, paytaxtın bir neçə rayonunda - Peçerski, Solomenski və Dneprovskidə təcili yardım çağırışları var. KGVA həmçinin Peçerski rayonunda çoxmərtəbəli qeyri-yaşayış binasının daha əvvəl zədələndiyini təsdiqləyib.

Saat 11:24-ə olan məlumata görə, Peçerski rayonunda 4 xəsarət alan var. Müxtəlif dərəcəli xəsarət alan iki qadına hadisə yerində tibb işçiləri tərəfindən tibbi yardım göstərilib. İki nəfər, xüsusən də 16 yaşlı qız xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, Kiyev Şəhər Dövlət Administrasiyasının sədri Sergey Popko qeyd edib ki, raket qalıqları şəhərin Qoloseyevski rayonunda meşə zolağında aşkar edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »