Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Google" və MKİ arasında naməlum əlaqə, hətta gündəlik həyatınıza təsir edə bilər
"Google" və MKİ arasında naməlum əlaqə, hətta gündəlik həyatınıza təsir edə bilər

"Google" ilə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) arasındakı sirli əlaqənin şirkətin yarandığı illərə təsadüf etdiyini desək necə olar?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, exnologiya və kəşfiyyat dünyasının qaranlıq dəhlizlərində gizlənən bu sirr gündəlik həyatımıza təsir edə bilər, çünki demək olar ki, hamımızın telefonunda "Google" var!

"Google" uzun illərdir kənarlaşa bilmədiyimiz şirkətdir. Telefonlarımızdan evimizə, səyahətlərimizdən e-poçtlarımıza qədər hər yerdə bunun bir hissəsi var.

Sizcə, demək olar ki, görünməz bir gücə çevrilmiş bu nəhəng ABŞ-ın müəmmalar və mübahisələrlə dolu kəşfiyyat qurumu MKİ ilə necə əlaqələr qurdu?

Bu, sürpriz ola bilər, lakin MKİ-nın "Google"un köklərinə təsiri var

Mərkəzi Kəşfiyyat İdarəsi dünya səhnəsində çox fərqli rol oynayır. Xarici hökumətləri devirən, liderlər və vətəndaşlar haqqında məlumat toplayan qurum kimi tanınır.

Təşkilat insan haqlarının pozulmasından tutmuş narkotik ticarətinə qədər bir çox mübahisəli fəaliyyəti ilə gündəmə gəlir.

MKİ-nın sirr və mübahisələrlə dolu tarixi onu ictimaiyyət arasında maraq doğuran bir təşkilata çevirir. Bəs bu iki fərqli dünyanın kəsişməsi haradadır? "Google" ilə MKİ arasındakı əlaqə bir çoxumuzun ilk baxışdan fərqində olmadığı bir həqiqətdir.

Əslində, MKİ "Google"un ilkin mərhələlərində mühüm rol oynayıb. Sergey Brin "Google"un inkişaf prosesi haqqında məlumatları ABŞ kəşfiyyat ictimaiyyətinin nümayəndələri ilə bölüşüb və MKİ hətta "Google Earth"ün sələfi sayıla biləcək bir layihəyə sərmayə qoydu.

MKİ-nin yaradılması ABŞ-ın İkinci Dünya Müharibəsindən dərhal sonra Sovet İttifaqı ilə dünya üstünlüyü uğrunda mübarizəsinə gedib çıxır

Atom bombasının mövcudluğu ənənəvi döyüş üsullarının gizli əməliyyatlar və psixoloji müharibə ilə əvəzlənməsinə səbəb oldu. Bu müddət ərzində MKİ bütün dünyada Amerikanın maraqlarını qorumaq üçün bir çox gizli əməliyyatlar həyata keçirib. O, İtaliya seçkilərindən tutmuş İran və Qvatemaladakı dövlət çevrilişlərinə qədər geniş spektrli məsələlərdə fəallıq göstərib.

MKİ tərəfindən həyata keçirilən ən qaranlıq layihələrdən biri MKUltra idi. Bu layihə zehni idarə etmə üsullarını inkişaf etdirmək üçün hazırlanmışdır. LSD kimi psixoaktiv maddələrdən istifadə edilən təcrübələr çox vaxt şəxslərin razılığı olmadan həyata keçirilirdi.

Bu təcrübələrin qurbanları arasında məhbuslar, ruhi xəstələr və hətta MKİ agentləri də var idi. MKUltra tarixə insan hüquqlarına böyük hücum kimi düşdü.

İndi inəyin quyruğunun kəsildiyi yerə, yəni 1994-cü ilə gəldik

1994-cü ildə Stenford Universitetində doktorantura təhsili alarkən Sergey Brin və Larri Peyc internetin getdikcə böyüyən dünyasında məlumatı təşkil etmək və əlçatan etmək üçün axtarış sistemi hazırlamağa başladılar.

Layihə sonradan dünya miqyasında inqilab yaradacaq "Google"un əsasını qoydu. Tədqiqatları zamanı Brin və Peycin Stenford Universitetində apardıqları tədqiqatların bir hissəsi iki Amerika kəşfiyyat orqanı, MTA (Milli Təhlükəsizlik Agentliyi) və MKİ tərəfindən maliyyələşdirilib.

O dövrdə texnologiya və kəşfiyyat ictimaiyyəti arasındakı əlaqələrin nə qədər iç-içə olduğunu gördünüz, elə deyilmi?

Xüsusən də Sergey Brinin kəşfiyyat ictimaiyyətinin nümayəndələrinə layihələri barədə məlumat verməsi bu əlaqələrin nə qədər erkən başladığının göstəricisidir

"Google"un "Keyhole" adlı şirkəti alması və bu şirkətin hazırladığı texnologiyanı "Google Earth" adı ilə yenidən tətbiqi MKİ ilə əlaqənin konkret nümunəsidir. "Keyhole"a investisiya birbaşa MKİ-nın vençur kapitalı şirkəti "In-Q-Tel" tərəfindən edilib.

Gizli əməliyyatlardan tutmuş qlobal səhnədəki hakimiyyət mübarizələrinə qədər biz bu dünyanın dərinliklərində nələr baş verdiyini heç vaxt dəqiq bilmirik. Ancaq bir şey dəqiqdir; İnformasiya əsrində informasiya ən qiymətli silahdır və bu silahı əlində tutan şəxs dünyanın gələcəyini formalaşdırır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »