Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: ABŞ mart ayında Rusiya hakimiyyətini gözlənilən terror aktı ilə bağlı xəbərdar edib
Ağ Ev: ABŞ mart ayında Rusiya hakimiyyətini gözlənilən terror aktı ilə bağlı xəbərdar edib

Mart ayının əvvəlində ABŞ Moskvada planlaşdırılan terror aktı ilə bağlı məlumatları Rusiya hakimiyyət orqanları ilə paylaşmışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrienne Vatson "Reuters" agentliyinə bildirib.

“Bu ayın əvvəlində ABŞ hökuməti Moskvada böyük toplantıları, o cümlədən konsertləri hədəfə ala biləcək və Dövlət Departamentinin Rusiyadakı amerikalılara açıq xəbərdarlıq etməsinə səbəb ola biləcək terror aktı barədə məlumat alıb”, - agentlik Ağ Ev nümayəndəsinin bəyanatına istinadən xəbər verir. “ABŞ hökuməti də uzun müddətdir davam edən “məcburi xəbərdarlıq” siyasətinə uyğun olaraq bu məlumatı Rusiya hakimiyyət orqanları ilə paylaşıb”, - deyə Uotson açıqlamasında bildirib.

"CNN" televiziyası daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ kəşfiyyatı Rusiyaya “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının Rusiya Federasiyasında terror aktları törətməyi planlaşdırdığı barədə xəbərdarlıq edib. Onların məlumatına görə, bu cür məlumatlar 2023-cü ilin noyabr ayından daxil olub, lakin bunun ABŞ-ın Moskvadakı səfirliyinin martın 7-də terror təhlükəsi ilə bağlı xəbərdarlığının dərcinə əsas olub-olmadığı bəlli deyil. Amerika administrasiyası hələ ki, media məlumatlarına şərh verməyib.

Öz növbəsində, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi "Fox News"a bildirib ki, o, ABŞ səfirliyinin xəbərdarlığının və "Crocus City Hall" terror hücumunun nə dərəcədə əlaqəli olduğunu hələ deyə bilməz. Onun sözlərinə görə, Amerika tərəfi "bu ayın əvvəlində Moskvada və onun ətrafında terror aktı törədilməsi ehtimalı ilə bağlı müəyyən narahatlığın olduğunu bilib".

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »