Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ rəhbəri Ukrayna ilə üzvlüklə bağlı danışıqların iyunun sonuna kimi başlayacağını gözləyir
Aİ rəhbəri Ukrayna ilə üzvlüklə bağlı danışıqların iyunun sonuna kimi başlayacağını gözləyir

Avropa Şurasının rəhbəri Şarl Mişel gözləyir ki, Avropa İttifaqı (Aİ) iyunun sonuna kimi Ukraynanın icmaya daxil olması ilə bağlı danışıqlara rəsmən başlaya bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Mişel Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında bildirib.

“Mən ürəkdən ümid edirəm ki, bizim Aİ səlahiyyətliləri və Ukrayna arasında ilk hökumətlərarası görüşümüz Belçikanın sədrliyi dövründə (iyunun sonuna qədər) baş tutacaq”, - deyə o bildirib.

Mişel və Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen bir daha “Ukrayna ilə çiyin-çiyinə duracaqlarına” söz veriblər. Eyni zamanda, Ukrayna və Aİ-nin genişlənməsinə dair sammitin yazılı yekun bəyanatında bu danışıqların başlanması üçün hər hansı bir müddət göstərilməyib. “Avropa Şurası Ukrayna və Moldovanın Aİ yolunda lazımi islahatların aparılmasında irəliləyişini alqışlayır”, - deyə bəyanatda qeyd edilir.

Sammit iştirakçıları həmçinin xarici işlər nazirləri səviyyəsində Aİ Şurasını heç bir zaman çərçivəsi göstərmədən “bu ölkələrlə danışıqlar üçün mandatı dərhal təsdiqləməyə və bu yolda işləməyə davam etməyə” çağırıblar.

Dekabr AB sammitində icma liderləri Ukrayna ilə üzvlük danışıqlarına başlamaq üçün fundamental qərar qəbul etdikdə, von der Leyen bildirib ki, Kiyev Aİ-nin qalan şərtlərini yerinə yetirdikdən sonra məsləhətləşmələr martın əvvəlində başlaya bilər.

Daha sonra bir sıra Avropa KİV-ləri məlumat verdilər ki, AK fermerlərin iğtişaşları səbəbindən məsləhətləşmələrin erkən başlamasının Aİ-nin dominant Avropa Xalq Partiyasının Avropa Parlamentinə seçkilərdə nəticələrini poza biləcəyindən ehtiyat edərək, danışıqların başlanmasını iyunun sonuna qədər təxirə salmaq niyyətindədir.

Danışıqların başlanması Aİ-yə daxil olmağa zəmanət vermir. Buna misal olaraq 2005-ci ilin payızında danışıqlara başlayan Türkiyəni göstərmək olar. Formal olaraq onlar 18 ildən çoxdur ki, davam edir, baxmayaraq ki, Türkiyənin Aİ-yə daxil olması üçün heç bir perspektiv görünmür.  Uzanan bu süründürməçilikdən sonra, görünən odur ki, artıq Türkiyə bu danışıqlarla bağlı əvvəlki illərdə olduğu qədər istək nümaiş etdirmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »