Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Aİ-nin istədiyi vaxt, nüvə sazişinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib
İran Aİ-nin istədiyi vaxt, nüvə sazişinin bərpasını müzakirə etməyə hazır olduğunu bildirib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi bildirib ki, İslam Respublikası nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpasını müzakirə etmək üçün danışıqlar masası arxasına oturmağa hazırdır.

Bizimyol.info xəbər verir ki, Kənani mətbuat konfransı zamanı İran xarici işlər nazirinin müavini Əli Baqiri Qani ilə Aİ-nin nüvə sazişi üzrə koordinatoru Enrike Mora arasında görüş və məsləhətləşmələri şərh edərkən deyib.

“Sanksiyaların aradan qaldırılması ilə bağlı müzakirələrə gəldikdə, biz dialoqa sadiqik və əminik ki, qarşı tərəfin zəruri və müvafiq istəyi ilə JCPOA-nın yenilənməsi ilə bağlı danışıqlar mümkün qədər tez başa çatdırıla bilər”, deyə Kənani qeyd edib.

2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranla Tehranın nüvə inkişafı ilə bağlı böhranın aradan qaldırılmasına yönəlmiş Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. ABŞ prezidenti Co Bayden dəfələrlə Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu bildirib.

Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa 2021-ci ilin aprel ayından Vyanada JCPOA-nın orijinal formasını bərpa etmək üçün İranla danışıqlar aparır. 2022-ci il noyabrın 10-da Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Vyanada İslam Respublikasının nümayəndələri ilə danışıqların növbəti mərhələsinin heç bir nəticə vermədiyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »