Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Havaya qalxan təyyarənin təkəri qırılaraq maşınların üzərinə düşüb - Video
Havaya qalxan təyyarənin təkəri qırılaraq maşınların üzərinə düşüb - Video

Amerikada "United Airlines"ə məxsus "Boeing 777" tipli sərnişin təyyarəsinin təkəri eniş şassisindən qoparaq dayanacağa düşüb. Çox sayda avtomobilə ciddi ziyan dəydiyi hadisədə möcüzə nəticəsində xəsarət alan olmayıb.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərindən Yaponiyanın Osaka şəhərinə uçan təyyarənin əsas eniş şassisinin sol tərəfindəki təkəri havaya qalxdıqdan bir neçə saniyə sonra qırılaraq yerə düşüb. Təkər San-Fransisko Beynəlxalq Hava Limanının personal dayanacağına düşüb, maşınlara dəydikdən sonra yuvarlanaraq hava limanının yanındakı sahədə dayanıb. Aeroport rəsmiləri hadisə nəticəsində xəsarət alan olmadığını açıqlayıb. Digər tərəfdən, 235 sərnişin və 14 nəfərlik ekipajı olan təyyarə Los Anceles Beynəlxalq Hava Limanında təhlükəsiz təcili eniş edib və yedəklə anqara aparılıb.

Hadisə ilə bağlı verilən məlumatda bildirilir ki, təyyarədən qırılib düşən təkər bir çox avtomobilə ciddi ziyan vurub. Səlahiyyətlilər dayanacaq və nəqliyyat vasitələrinin boş olması səbəbindən heç kimin zərər görmədiyini, hadisə ilə bağlı araşdırma başlandığını bildirib. "United Airlines" pilotlara və stüardessalara təşəkkür edib və zədələnmiş avtomobillərin sahibləri ilə görüşəcəklərini bildiriblər.

Digər tərəfdən "United Airlines" sərnişinlərin başqa bir təyyarəyə yönəldildiyini bildirib. Təkəri qopan təyyarənin 2002-ci ildə istehsal edildiyini açıqlayan aviaşirkət, "Boeing 777"lərin təkərləri ehtiyyat və ya zədələnmiş vəziyyətdə təhlükəsiz eniş üçün nəzərdə tutulduğunu" bildirib. Aviasiya mütəxəssisləri deyirlər ki, təyyarə təkərləri nadir hallarda qırılır və daha böyük təhlükəsizlik probleminin göstəricisi deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »