Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail Qəzzanın şimalına humanitar yardımın çatdırılması üçün yeni marşrutlar açmaq niyyətindədir
İsrail Qəzzanın şimalına humanitar yardımın çatdırılması üçün yeni marşrutlar açmaq niyyətindədir

İsrail hakimiyyəti Qəzza zolağının şimal hissəsinə quru və dəniz yolu ilə humanitar yardımın çatdırılması üçün yeni marşrutlar açmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə adı çəkilməyən İsrail rəsmilərinə istinadən Associated Press (AP) məlumat yayıb.

Onların məlumatına görə, hələ martın 8-də İsrail öz ərazisindən Qəzzanın şimal hissəsinə 20-30 yük maşınının humanitar yardımla daxil olmasına icazə verəcək.

Bu marşrut üzrə müntəzəm mal tədarükünün yaradılması nəzərdə tutulur. Bundan əlavə, martın 10-da yəhudi dövləti Kiprdən dəniz dəhlizi ilə göndərilməyə hazırlaşan yüklərin təhlükəsizliyini yoxlamağa başlayacaq. Agentlik mənbələri iddia edir ki, bu yolla İsrail anklava yardımın çatdırılması üçün dəniz yolunun mümkünlüyünü yoxlamaq niyyətindədir.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Birləşmiş Ştatlar Qəzza zolağına humanitar yardımın çatdırılması üçün Kiprdən keçə biləcək dəniz marşrutu hazırlayır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »