Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident Ersin Tatar: "Şimali Kipr Türk Cümhuriyyəti Aralıq dənizində mühüm turizm məkanı və brendidir"
Prezident Ersin Tatar: "Şimali Kipr Türk Cümhuriyyəti Aralıq dənizində mühüm turizm məkanı və brendidir"

Prezident Ersin Tatar, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni tikilən hava limanı, ölkədəki turizm sərmayələri və əldə etdiyi təcrübələrlə Aralıq dənizində əhəmiyyətli bir turizm məkanı və marka olduğunu söyləyib.

Bizimyol.info xəbər verir ki, Rəyasət Heyətindən verilən açıqlamaya görə, Tatar Almaniyanın paytaxtı Berlində keçirilən Beynəlxalq Turizm Sərgisini ziyarət edərək, Bayrak Radio Televiziya Qurumuna açıqlama verib.

Prezident Ersin Tatar Kıbrıs türklərinin səsinin eşitdirilməsi, haqq işin izahı və Şimali Kipr Türk Respublikasının təcriddən xilas olması üçün dost ölkələrin dəstəyinə ehtiyac olduğunu bildirib. Tatar, Türkiyə Cümhuriyyətinin hər zaman ŞKTC-ni dəstəklədiyini bildirərək, Almaniyada 4 milyona yaxın türkün yaşadığını və onların almanlar üzərində böyük təsiri olduğunu bildirib. Prezident illərdir dünyanın ən böyük turizm sərgisində iştirak etdiklərini açıqlayıb: “Dövlətimiz, turizm təşkilatları və şirkətlərimiz Şimali Kipr Türk Cümhuriyyətini bir marka və destinasiya olaraq tanıtmağa davam edir”, - deyə qeyd edib.

Turizm sektoruna etdiyi şərhdə o, turizm mütəxəssisləri, investorlar, bələdçilər, işçilər, otel və agentlik sahibləri ilə böyük bir sektor olduğuna diqqət çəkib. Prezident Tatar qeyd edib ki, hazırda turizmdə tarixi və təbii gözəlliklərlə yanaşı, dəniz, günəş və qum, mədəniyyət və qastronomiya da ön plana çıxır.

ŞKTC-nin yeni tikilən hava limanı, ölkədəki turizm sərmayələri və əldə etdiyi təcrübələrlə Aralıq dənizində turizmdə əhəmiyyətli bir destinasiya və marka olduğunu ifadə edən Tatar, Almaniyada keçirilən sərgidə turizm sektoru ilə maraqlanan yüz minlərlə insanla bu inkişafları və dəyərləri paylaşdıqlarını bildirib. Türkiyənin turizmin təbliğinə verdiyi dəstəyin əhəmiyyətinə diqqət çəkən Tatar, Aralıq dənizinin mühüm turizm mərkəzi olan Antalya üzərindən ŞKTC-yə turist axınının olduğunu bildirib. Almaniyanın paytaxtı Berlində "Dünya Qardaş Şəhərlər Turizm Forumu (TCWTF)" tərəfindən təşkil edilən Qlobal Şəhər Destinasyonu Dəyişikliyi Sammitində Tatar da çıxış edib. ŞKTC-nin Avropa dəyərlərini paylaşdığını ifadə edən prezident Ersin Tatar, almanları, burada olan mədəniyyəti və təbii gözəlliklərini görmək üçün ölkəsinə ziyarətə dəvət edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »