Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb əsilli gənclər İsraili getdikcə daha çox tərk edirlər
Ərəb əsilli gənclər İsraili getdikcə daha çox tərk edirlər

"İstər müharibə başlayandan sonra, istərsə də ondan əvvəl İsraildə sosial və təhlükəsizlik vəziyyəti gənc ərəblərin ölkədən görünməmiş şəkildə qaçmasına səbəb olur".

Bizimyol.info xəbər verir ki, bu barədə ərəb jurnalist Majd Daniel bildirib. O qeyd edib ki, ərəb-yəhudi münasibətlərindəki yüksək gərginlik və sektordakı cinayətlər səbəbindən gənc ərəb kişi və qadınların 67%-i ölkəni tərk etmək istədiklərini bildiriblər.

Daniel: “Artıq ərəb vətəndaşı onlara qarşı törədilən cəzasız cinayətlər üzündən özlərini təhlükəsiz hiss etmir. Bəzən sadəcə çölə çıxmaq həyati təhlükə yarada bilir. İkinci səbəb iqtisadi şərait və cəmiyyətdə irəliləyiş perspektivləridir. Amma yalnız ali təhsilli - pulu olanlar irəli gedə bilər. Ərəb əsilli gənc nəsil özü öz evdə olduğunu hiss etmir. Daimi təhlükə altında yaşamaq və sonu görünməyən təhdidlər onların ölkəni tərk etməsinə səbəb olur”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »