Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əziz AFFA, sən azadsan"... Rövnəq Abdullayev "iks" dövrü bitir: AFFA rəhbərliyinə yeni şəxs gələcək
"Əziz AFFA, sən azadsan"... Rövnəq Abdullayev "iks" dövrü bitir: AFFA rəhbərliyinə yeni şəxs gələcək

Azərbaycan futbolunda Rövnəq Abdullayev dövrü bitir. AFFA-nın İcraiyyə Komitəsinin Gəncədə keçirilən iclasında onun növbəti Hesabat-Seçki konfransında namizədliyinin irəli sürülməyəcəyi məlum olub. Beləliklə, aprelin 2-də futbol assosiasiyasının yeni rəhbərinin adı müəyyənləşəcək.

Bizimyol.info xəbər verir ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-ya başçılıq edirdi. Bu müddət ərzində assosiasiyanın ünvanına daha çox tənqid səslənib. Çünki zamanla bölgə futbolu tənəzzülə uğrayıb, milli komandalar beynəlxalq yarışlarda zəif iştirak edib. Uşaq futbolu lazımi inkişaf mərhələsinə qədəm qoymayıb. Dövlət proqramının tələblərinə əməl olunmayıb. Bir sözlə, illər boşa gedib. Rövnəq Abdullayev yaxşı idarəçi kimi yadda qalmayıb.

Açığı, Rövnəq Abdullayevin bu postdan gedəcəyi hələ onun SOCAR-dan uzaqlaşmasından sonra məlum idi. Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyindəki dəyişikliklər də bundan xəbər verirdi. İnsafən, PFL-in avazı pis gəlmir. Hər halda, bölgə futbolunun dirçəldilməsi cəhdləri hiss olunur. Ölkə çempionatları normal prinsiplərə qayıtmağa başlayıb. İkinci liqa yaradılıb. Burada müxtəlif bölgələri təmsil edən komandalar bacarığını ortaya qoyur. Yəni gələcəyə müəyyən ümid yaranıb.

Ümumilikdə, AFFA ilə bağlı çox nikbin düşünmək olmur. Əlbəttə, yeni rəhbərlik dəyişiklik istəyə bilər. Amma PFL-in gördüyü işlərlə müqayisədə burada daha böyük addımlara, bir növ inqilabi dəyişikliklərə ehtiyac var. Azərbaycan futbolunda ciddi islahatlara ehtiyac var. Heç kimə sirr deyil ki, Rövnəq Abdullayevi hökumətə yaxın obraz əvəz edəcək. Bu dəfə əvvəlki səhvlərə yol verilməməlidir. Onillik dövlət proqramına ayrılmış pulların havaya sovrulması pis təcrübə yaradıb. Adama elə gəlir ki, Rövnəq Abdullayevi başqa Rövnəq Abdullayev əvəz edəcək. Kaş belə olmasın, daha yaxşı şeylər baş versin. “Qarabağ”ın avrokuboklarda uğurları milli komandalardan gözləntiləri artırıb. AFFA-nın yeni rəhbərliyi bunu nəzərə almalıdır. Nəhayət, ölkədə sözün əsl mənasında futbol olmalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »