Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya hansı hallarda nüvə silahından istifadə edəcək? - Gizli hərbi sənədlər...
Rusiya hansı hallarda nüvə silahından istifadə edəcək? - Gizli hərbi sənədlər...

Ukraynada 2022-ci il fevralın 24-də başlayan müharibə 2 ili arxada qoyub. Moskva və Kiyev arasında ümid edilən sülh masası hələ də uzaq variantdır. Regionda münaqişələr davam etdikcə, Rusiya ilə Qərb arasında gərginlik artır.Müharibə başlayandan bəri ən çox müzakirə edilən məsələlərdən biri də Rusiyanın əlində olan nüvə silahları olub.

Bizimyol.info "hurriyet"ə istinadən xəbər verir ki, Rusiya rəsmiləri öz nüvə arsenalları ilə öyündükləri və Qərbi üstüörtülü şəkildə qorxutduqları halda, Britaniyanın “Financial Times” telekanalının əldə etdiyi gizli hərbi sənədlərdə Kremlin nüvə silahından nə vaxt istifadə edəcəyi ilə bağlı diqqətəlayiq ssenarilər veçib.

Məlumatları araşdıran ekspertlər Rusiyanın nüvə silahından istifadə etmə riskinin hamının qorxduğundan qat-qat aşağı olduğunu bildiriblər.

Rusiya hansı hallarda nüvə silahından istifadə edə bilər?

Rusiyanın nüvə müharibəsi üçün strategiyasının planlamasını əks etdirən 29 hərbi sənəd 2008-2014-cü illəri əhatə edir, yəni onların ən azı 10 yaşı var, lakin ekspertlər onların hazırkı Rusiya hərbi doktrinasına uyğun olduğunu iddia edirlər. Əldə olunan hərbi sənədlərə görə, Kreml nüvə silahının nə vaxt istifadə ediləcəyi ilə bağlı bir sıra ssenarilər hazırlayıb. Bu ssenarilərdən birincisi düşmənin Rusiya ərazisinə hücumudur.

Digəri strateji əhəmiyyətli sualtı qayıqları hədəf alan hücumlardır. Sənədlərə əsasən, Rusiya ballistik raket sualtı qayıqlarının 20 faizi və nüvə enerjisi ilə işləyən sualtı qayıqlarının 30 faizi məhv edilərsə, nüvə silahından istifadə edə bilər.

Valeri Gerasimov, Vladimir Putin, Sergey Şoyqu Valeri Gerasimov, Vladimir Putin, Sergey Şoyqu

Çinlə bağlı narahatçılıqlar üzə çıxıb

Sızdırılan sənədlər də Rusiyanın bu yaxınlarda qurduqları sıx ittifaqa baxmayaraq, Çinlə bağlı dərin narahatlığını ortaya qoyub. Dosyelər Rusiyanın mümkün Çin işğalına cavab olaraq ssenarilər hazırladığını ortaya çıxarsa da, Çin Xarici İşlər Nazirliyi Moskvadan şübhələnmək üçün heç bir əsaslarının olmadığını bildirən bir açıqlama verib.

"Financial Times" qəzetinin yazdığına görə, Rusiyanın nüvə silahı Avropa və Asiyanı əhatə edən döyüş meydanları üçün nəzərdə tutulub. Müasir nüvə başlıqları 1945-ci ildə Naqasaki və Xirosimaya atılan silahlardan daha çox enerji buraxa bilər.

Rusiyadan açıqlama

Rusiya prezidenti Vladimir Putinin sözçüsü sözügedən sənədlərlə bağlı açıqlama verib: "Əhəmiyyətli odur ki, nüvə silahından istifadə həddinin tamamilə şəffaf olmasıdır. Sözügedən sənədlərə gəlincə, biz onların həqiqiliyinə qəti şəkildə şübhə edirik", - deyə qeyd edib.

Mütəxəssislər vurğulayırlar ki, sözügedən sənədlər Rusiya ordusunun Ukraynanı işğal etməzdən əvvəl müntəzəm olaraq həyata keçirdiyi təlimlərdə görünən nümunələri əks etdirir.

Bəşər tarixinin ən təhlükəli dövrlərindən biri

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) apardığı araşdırmaya görə, böyük hərbi gücə malik ölkələrin modernləşdirmə və genişləndirmə planları çərçivəsində operativ nüvə silahlarının sayı yenidən artıb.

İsveçdə yerləşən beyin mərkəzinin hesablamalarına görə, hazırda dünya üzrə 9 nüvə silahına malik ölkədə 12 512 nüvə başlığı var, onlardan 9 576-sı potensial istifadəyə hazır hərbi ehtiyatlardadır. Bir il əvvəllə müqayisədə bu fonda əlavə edilən 86 başlıqdan 60-ı Çinə, qalanları isə Rusiyaya (12), Pakistana (5), Şimali Koreyaya (5) və Hindistana (4) aiddir.

SIPRI-nin direktoru Den Smit yayda nüvə silahları ilə bağlı açıqlama verərək: “Biz bəşər tarixinin ən təhlükəli dövrlərindən birinə sürüklənirik”, - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »