Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Budanov Ukraynada müharibənin “dondurulması” məsələsinə "nöqtə" qoyub
Budanov Ukraynada müharibənin “dondurulması” məsələsinə "nöqtə" qoyub

“Hazırkı şəraitdə Rusiya ilə müharibənin “dondurulması” Ukrayna ərazilərinin işğalının tanınması demək olacaq. Ona görə də Ukrayna heç vaxt belə bir addım atmayacaq”.

Bizimyol.info xəbər verir ki, bunu "CBC News"a müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, ruslar Ukraynanı “ələ keçirilən ərazini Rusiya kimi tanımağa” məcbur edərək, hər şeyi indi olduğu kimi dondurmaqdan çox məmnun olardılar: “Belə olan halda onlar qələbəni qeyd edərdilər. Bu, heç vaxt olmayacaq”, - deyə o vurğulayıb.

Eyni zamanda, Budanov etiraf edib ki, Rusiya Ukraynanın əks-hücum planları haqqında hansısa yolla məxfi məlumat əldə edə bilib: “Mən prezidentə daha heç nə deməyəcəyəm. Planların Rusiyaya bəlli olması barədə, deyək ki, məlumat, sübut aldıq. Bu, ciddi problemdir və biz tədbirlər görürük”, – deyə Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib.

Ukrayna Prezidenti Vladimir Zelenski vurğuladı ki, müdafiəmizə son qoymaq üçün tərəfdaşlar tərəfindən heç bir təzyiq yoxdur. Onun sözlərinə görə, Rusiya rəhbəri Vladimir Putinin ritorikası onun dayanmaq niyyətində olmadığını göstərir.

Prezident Aparatının rəhbəri Andrey Yermak da Zelenskinin heç vaxt müharibəni dondurmağa razı olmayacağını bildirib. O əlavə edib ki, ölkəyə dondurulmuş münaqişələr yox, ədalətli sülh lazımdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »