Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Ukraynaya qoşun göndərməklə bağlı müzakirələr aparmaq üçün Zelenski ilə görüşə gedir
Makron Ukraynaya qoşun göndərməklə bağlı müzakirələr aparmaq üçün Zelenski ilə görüşə gedir

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərilməsi məsələsini müzakirə etmək məqsədilə Ukraynaya gedəcək.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tiranada Albaniyanın Baş naziri Edi Rama ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, səfər martın əvvəlinə planlaşdırılır.

V.Zelenski qeyd edib ki, o, həmkarı ilə bu məsələnin detalları barədə danışacaq: “Təfərrütları öyrənəcəyəm”.

Qeyd edək ki, E.Makron fevralın 26-da deyib ki, o, Qərb qoşunlarının gələcəkdə Ukraynaya göndəriləcəyini istisna etmir. Dövlət başçısı, həmçinin Ukraynanı orta və uzaq mənzilli raketlər və bombalarla təmin etmək üçün koalisiya yaradıldığını açıqlayıb. O, Avropa ölkələrini Ukrayna üçün daha çox sursat istehsal etməyə çağırıb.

Bundan əlavə, Makron bildirib ki, Avropa Rusiyanın NATO ölkələrinə mümkün hücumuna hazır olmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »