Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: Qərb Ukraynaya qoşun yeridərsə, NATO-Rusiya qarşıdurması qaçılmaz olacaq
Kreml: Qərb Ukraynaya qoşun yeridərsə, NATO-Rusiya qarşıdurması qaçılmaz olacaq

Kremlin sözçüsü Peskov, Fransa prezidenti Makronun Ukraynaya qoşun göndərilməsinin istisna edilməməsi ilə bağlı dediyi sözlərə münasibət bildirərək deyib ki, Qərb ölkələri Ukraynaya qoşun yeridərsə, NATO ilə Rusiya arasında münaqişə ehtimalı “qaçılmaz” olacaq.

Bizimyol.info xəbər verir ki, Peskov Fransa prezidenti Emmanuel Makronun açıqlamalarını paytaxt Moskvada jurnalistlərə "mümkün" kimi şərh edib.

Bu ehtimalın gündəmə gətirilməsinin mühüm və yeni bir hadisə olduğunu bildirən Peskov: “Fransa prezidentinin açıqlamasının bütün digər məqamlarını artıq eşitmişik və nəzərə almışıq. Biz Makronun Rusiyaya strateji məğlubiyyətin verilməsinin zəruriliyi ilə bağlı mövqeyindən də çox xəbərdarıq", - deyə Kremlin mətbuat xidmətinin rəhbəri bildirib.

Peskova Qərb ölkələrinin Ukraynaya qoşun yeridəcəyi təqdirdə NATO ilə Rusiya arasında münaqişənin olub-olmayacağı ilə bağlı sual ünvanlanıb: "Belə olan halda, biz artıq imkandan deyil, qaçılmazlıqdan danışmalıyıq. Biz bunu belə qiymətləndiririk", - deyə o cavab verib.

NATO ölkələrinin bu cür hərəkətləri diqqətlə qiymətləndirməsi lazım olduğunu ifadə edən Peskov: "Bunun öz maraqlarına, ən əsası isə öz ölkələrinin vətəndaşlarının mənafelərinə uyğun olub-olmadığını soruşmalıdırlar", - deyə qeyd edib.

Dünənki açıqlamasında Makron bildirib ki, 2 ildən artıqdır Rusiyaya qarşı döyüşən Ukraynaya qoşun yeridilməsi ilə bağlı Avropa ölkələri arasında konsensus yoxdur, lakin bu ehtimalı da nəzərdən qaçırmaq olmaz.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »