Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankara Kipr türklərinin hüquqlarının sistematik şəkildə pozulmasından narahatdır
Ankara Kipr türklərinin hüquqlarının sistematik şəkildə pozulmasından narahatdır

BMT-nin İnsan Haqları Şurası Kipr türklərinin ayrılmaz hüquqlarının təmin edilməsində onların problemini həll etməlidir.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən sessiyasında deyib.

“1963-cü ildən bəri güc tətbiqi ilə Kipr türkləri beynəlxalq arenada ayrılmaz hüquqlarından, bərabərliyindən və bərabər mövqelərindən məhrum ediliblər. Bu sistematik pozuntulara, qeyri-insani embarqolara, ədalətsiz istisnalara son qoyulmalıdır”, - deyə diplomat qeyd edib.

Nazirini müavini bildirib ki, Ankara adanın cənubuna gedən Kipr türklərinə qarşı hücumlardan da narahatdır: “Oniki Adalar və Yunanıstandakı türk icmaları da ən fundamental hüquq və azadlıqlarının pozulmasına məruz qalır. Onlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları 16 ildən artıqdır ki, icrasını gözləyir. Bütün bu məsələlər şura tərəfindən həll edilməlidir”, - deyə Əhməd Yıldız qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »