Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız fermerlər kənd təsərrüfatı yarmarkasına basqın etdilər: Makronun istefası tələb olundu
Fransız fermerlər kənd təsərrüfatı yarmarkasına basqın etdilər: Makronun istefası tələb olundu

Fransız fermerlərin kənd təsərrüfatı siyasətlərinə qarşı üsyanı davam edir. Fransalı fermerlər prezident Emmanuel Makronun paytaxt Parisdə qatıldığı Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə açılışdan əvvəl basqın ediblər.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, fransız polisi barrikadaları aşmağı bacaran fermerlərin qarşısına çıxıb. Makronun istefasını tələb edən fermerlərlə polis arasında dava düşüb.

“Makron istefa”, “Bura bizim evimizdir” kimi şüarlar səsləndirən fermerlərə polis müdaxilə edib və tərəflər arasında dava düşüb. Bu arada Makron, fermerlər həmkarlar ittifaqı rəhbərləri ilə görüşüb və jurnalistlərə açıqlamalar verib.

Makron: “Bunu bütün fermerlər üçün deyirəm. Siz tribunaları dağıtmaqla heç bir həmkarınıza kömək etmirsiniz, ailələri bura gəlməklə qorxutmaqla heç bir həmkarınıza kömək etmirsiniz”, - deyə bildirib.

Makron 3 həftə ərzində Yelisey Sarayında fermerlər həmkarlar ittifaqı nümayəndələrini və sektorun digər maraqlı tərəflərini qəbul edəcəyini vurğulayıb. Yarmarkanın açılışı fermerlərin etirazına görə 1 saat təxirə salınıb.

Fransız fermerlər artan xərclərə, bürokratik prosedurlara, haqsız rəqabətə və Avropa İttifaqının (Aİ) qaydalarına reaksiya verirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »