Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi Ukrayna torpaqlarındakı müharibəni dayandırmayacaq"
"Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi Ukrayna torpaqlarındakı müharibəni dayandırmayacaq"

Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlib. Beləliklə, Moskvaya qarşı 13-cü sanksiya paketi Brüssel tərəfindən təsdiqlənən ən geniş məhdudiyyətlərdən biri olacaq. Sanksiyalar siyahısına 200-ə yaxın qurum və fiziki şəxs əlavə olunacaq. Eyni zamanda, Çin, Türkiyə, Hindistan və Serbiyanın sanksiyalardan yayınmaqda Rusiyaya yardım edən bir sıra şirkətləri ilə ticarətin qadağan edilməsi barədə təklif irəli sürülüb.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Avropa İttifaqı, Rusiyaya qarşı Rusiyanın elə özünün planladığı həcmdə sanksiyalar tətbiq edir. Yəni Rusiya iqtisadiyyatı üçün vacib əhəmiyyətə malik olan, Rusiya enerji məhsullarına Avropa İttifaqı tərəfindən hansısa bir sanksiyanın tətbiq edilməsindən söhbət getmir. Politoloqun fikrincə, hətta Ukrayna müharibəsi başlamazdan əvvəl Rusiya sanksiyaların hansı həddə olacağını müəyyənləşdirə bilirdi.

Tural İsmayılov Tural İsmayılov

“Biz bu gün də görürük ki, "Şimal axını" da daxil olmaqla, Rusiya ilə Qərbin vacib enerji məsələləri üzrə anlaşmaların heç birində Avropa İttifaqı geri addım atmır və yaxud Rusiya üçün "nəfəslik" rolunu oynayan hansısa inqilabi xarakterli iqtisadi sanksiyaların tətbiqindən söhbət getmir.

Burada təkcə Rusiyanın deyil, Türkiyə Hindistan, Qazaxıstan şirkətlərinə də sanksiyaların tətbiq edilməsi də ikiüzlülükdür. Çünki şirkətlər bir çox fərqli sahələr üzrə başqa şirkətlərlə əməkdaşlıq edə bilərlər. Bu, o demək deyil ki, hansısa fərqli sahələr üzrə əməkdaşlıq birbaşa Rusiyanın hərbi potensialına yardım etməkdir”-deyən politoloq bildirib ki, Ukrayna Rusiya müharibəsinin ikinci ildönümündə Rusiyaya qarşı tətbiq edilən bu kiçik həcmli sanksiyalar böyük və qlobal anlamda bir dəyişikliyə səbəb olmayacaq.

Politoloq hesab edir ki, bütövlükdə bu tip sanksiyalar Rusiya-Ukrayna müharibəsində nəyisə dəyişməyəcək.

“Eyni zamanda, Avropa İttifaqının bu gün mərkəzi və şərqi Avropa ölkələrinin fikirlərini nəzərə almadan, sadəcə olaraq, qərbi Avropa və ABŞ fikirləri ətrafında hansı addımlar atması Avropa İttifaqının daxilindəki ziddiyyəti də gücləndirir”-deyə Tural İsmayılov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »