Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fransa öz maraqları uğruna Ermənistanı revanşist xəyallarla bəsləməklə, yeni fəlakətə sürükləyir"
"Fransa öz maraqları uğruna Ermənistanı revanşist xəyallarla bəsləməklə, yeni fəlakətə sürükləyir"

"Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri və orada keçirdiyi görüşlər, səsləndirdiyi bəyanatlar, eyni zamanda Fransanın Ermənistanı dəstəklədiyini və Ermənistana hərbi dəstək göstərəcəyini, Ermənistanın müdafiəsi adı altında Ermənistanı revanşizmə hazırlamaq məqsədi güdən Fransanın bu əməlləri regionda sülh və sabitliyin pozulmasına, regionda yeni təxribatların baş verməsinə gətirib çıxaracaq".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb.

Ramiz Alıyev Ramiz Alıyev

“Əgər fikir verdinizsə, Fransa prezidenti Makron bir kəlimə də sülhdən danışmadı və sülhün vacibliyini vurğulamadı. Makronun sülhün önəmini əks etdirəcək və sülhü təbliğ edəcək, sülhə çağırış edəcək hər hansısa bir bəyanatı olmadı. Yalnız və yalnız Ermənistanı hərbi cəhətdən təmin etmək, hərbi arsenalnı gücləndirmək, hərbi cəhətdən Ermənistanı daha da yaxşı vəziyyətə gətirmək, Ermənistan hərbini yüksək səviyyəyə qaldırmaq və Ermənistana silah-sursatın verilməsi barədə danışdı. Bu, açıq-aşkar Ermənistanı revanşizmə və yeni təxribatlara hazırlamaq deməkdir. Ermənistan dövləti və xalqı da yaxşı bilməlidir ki, ötən illərdə olduğu kimi yenə də Fransa öz oyunlarını oynayır və Ermənistanı yenidən fəlakətə sürükləyir”-deyən politoloq hesab edir ki, Ermənistan xalqı artıq Fransa hökümətinə və Fransa prezidentinə, eyni zamanda onun tapşırıqlarını yerinə yetirən Paşinyana öz sözünü deməlidir və onlara etiraz etməlidir. Artıq bildirməlidirlər ki, yetər Ermənistanın üzərində oyunlar qurdunuz və Ermənistanı fəlakətə düçar etdiniz. Azərbaycan tərəfi yenə də bütün səviyyələrdə öz fikirini, öz istəyini açıq-aşkar bəyan edir.

“İstər cənab prezident səviyyəsində, istərsə də digər aidiyyatı qurumlar vasitəsi ilə, Ermənistana çağırışlar olunur və dünyaya çağırışlar olunur ki, “biz sülhün tərəfdarıyıq”, sülh müqaviləsinin imzalanması ilə bağlı addımlar atırıq və atılmasını gözləyirik. Biz müharibədən və hərbidən danışmırıq, bu problemlərin həll olunması, sülh müqaviləsinin bağlanması məsələsindən danışırıq. Artıq münaqişə başa çatıb. Fransanın, Ermənistanın özünün də tanıdığı, qəbul etdiyi Ermənistan Azərbaycan əraziləri, Azərbaycan torpaqları özünə qayıdıb, qaytarılıb. Azərbaycan bunu öz gücünə hesabına həll edib. Azərbaycan suverenliyini bərpa etmiş bir ölkədir. Ona hər bir dövlət, hər bir ölkə hörmətlə yanaşmalıdır”-deyən politoloq hesab edir ki, Fransa prezidenti Makron bunu başa düşmür. Və başa düşsə bilər ki, Fransanın özünün də Azərbaycanın ərazi bütövlüyünü tanıdığnı bildirən rəsmi sənəd var. Azərbaycan ərazi bütövlüyü tanınırsa, Fransa buna hörmətlə yanaşmalı və yeni təxribatlar törətmək üçün Ermənistandan alət kimi istifadə etməməlidir.

Ramiz Alıyev qeyd edib ki, "Fransa Afrikada və digər bölgələrdə itirilmiş nüfuzunu Cənubi Qafqazda bərpa etmək istəyir. Bu da heç cür mümkün olmayacaq. Çünki Azərbaycan ona imkan verə bilməz və verməyəcək. İstər Fransa yox, Fransa kimi digər ölkələr də gəlsə Ermənistan Azərbaycanın ərazilərində hansısa təxribat törədərsə, təxribatla bağlı kiçik bir addım belə atarsa, onun qarşılığını da layiq olduğu şəkildə alacaq".

“Yaxın günlərdə bizim bir sərhədçinin Ermənistan tərəfindən yaralanmasının əvəzini artıqlaması ilə verdik. Nəticədə Ermənistanın həmin ərazilərdə olan postu ləğv olundu. Azərbaycan ordusu onun ləğv olunması ilə bağlı addım atdı. Qısa bir əməliyyat keçirərək, orada olan erməni hərbçiləri məhv edildi. Göstərmiş olduq ki, kiçik bir təxribat böyük bir fəlakətə gətirib çıxara bilər. Ona görə də, hesab edirəm ki, Fransa dövlətinin və şəxsən Makronun məqsədi burada Ermənistanı müdafiə etmək və dəstək olmaq deyil. Burada öz maraqlarını təmin etmək, Ermənistanı da qurban vermək deməkdir. Fransa prezidenti Ermənistandan oyuncaq kimi istifadə edir” - deyən politoloq vurğulayıb ki, Ermənistan bunu gec olmadan anlamalıdır. Çünki gec olarsa, nə Fransa, nə də digər ölkələr Ermənistana kömək edə bilməyəcək. 2020-ci il 27 sentyabrda tarix təkrar etmədən…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »