Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metyu Miller: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verir"
Metyu Miller: "ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verir"

ABŞ administrasiyası Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini və razılaşmanın mümkün olduğuna inandığını bəyan edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Sözçüsü Miller: "ABŞ olaraq, iki ölkə arasında razılığın əldə edilməsini dəstəkləyirik və buna kömək etməyə davam edəcəyik. Bakı ilə İrəvan arasında sülh sazişi "əldə edilə bilən" nöqtədədir", - deyə o qeyd edib.

ABŞ dövlət katibi Antoni Blinkenin ötən həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşdüyünü və bu görüşlərdə ABŞ-ın prosesə dəstəyini nümayiş etdirdiyini qeyd edən Miller, iki ölkə arasında olan bəzi problemlərin həlli üçün səylər göstərdiyini bildirib.

2-ci Qarabağ müharibəsində əldə etdiyi uğuru diplomatiya masasında davam etdirmək əzmində olan Azərbaycan 2023-cü ildə Ermənistanla sülh yaratmaq cəhdlərini davam etdirib. Proses Rusiya, ABŞ və Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə üç istiqamətdə həyata keçirilib. İl ərzində aparılan danışıqlarda irəliləyişlə bağlı tərəflər sülh sazişi üçün müsbət mesajlar versələr də, 2023-cü ildə daimi sülh üçün imzalar atılmayıb.

Türkiyə müxtəlif vaxtlarda və platformalarda verdiyi açıqlamalarda normallaşma prosesini dəstəklədiyini, eləcə də tərəflər arasında güzəştə zəmin yaranarsa sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »