Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəbrayılın "quş baxışı" tikintisi sosial mediada gündəm olub - "Layihə yerli memarlara əmanət edilməliydi"
Cəbrayılın "quş baxışı" tikintisi sosial mediada gündəm olub - "Layihə yerli memarlara əmanət edilməliydi"

Cəbrayıl şəhərinin mərkəzində tikilən yaşayış kompleksinin layihəsi sosial şəbəkələrdəki müzakirələrdə birmənalı qarşılanmayıb. Layihə sözün əsl mənasında tənqid edilib. Öncə qeyd eədk ki, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Belə ki, layihəyə görə 33 bina tikiləcək və binlaraın 4-5 mərtəbəli olması nəzərdə tutulub. Ümumilikdə, 33 binada 712 mənzilin olması nəzərdə tutulub. MİDA-nın məlumatına görə, layihə 7,87 hektar ərazini əhatə edir. Onu da qeyd edək ki, Cəbrayıl şəhərinin Baş planı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın “Chapman Taylor” şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Və plan da, 25 iyul 2023-cü il tarixində Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilib. Plan 5 kəndi əhatə edir. Yerli mütəxəssislər deyir ki, bu kimi layihələr üçün Azərbaycanın bütün şəhərsalma memarları bu işə cəlb edilməli idi. Düzdür, layihə Böyük Britaniya şirkətinindir. Amma Azərbaycan memarları da Cəbrayılın Baş Planı hazırlnanan zamanı öz sözünü deyə bilməli idi...

Şəhərsalma memarı Cahid Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təkcə Bakı Şəhər Arxitektura idarəsi deyil, şəhərsalma memarlarının da fikri alınmalı idi.

“Belə layihələri xarici şirkətlərə tam şəkildə həvalə etmək olmaz. Çünki yerli mütəxəssislər əraziyə daha bələddir. Layihəyə baxdığınız zaman binların sıx-sıx tikildiyi gözdən qaçmır. Amma çay qırağı ərazidə o qədər yer boş qalıb. Bir neçə ildən sonra həmin ərazilərdə də tıxaclar olacaq. Bu vəziyyəti biz Bakıda yaşamışıq. Bakının küçələrini dəyişmək mümkün deyil, çünki XIX əsrdə salınıb. Amma bu layihədə binalar ümumiyyətlə uyğun şəkildə salınmayıb. 30 il gözlədiyimiz ərazilərdə belə planlaşdırmaya yer vermək olmaz”-deyə memar bildirib.

Ekspert deyib ki, Azərbaycanın böyük təcrübəyə malik olan memarlarının da təcrübəsindən istifadə edilməli, onların da təklifləri alınmalı idi.

“Mən o şirkətin işlərinə nəzər yetirdim. Heç “quş baxışı”ndan da layihələr yaxşı görünmür. Bu kimi layihələri həyata keçirərkən yerli mütəxəssislərin fikrinə üstünlük verilməlidir. Çünki yerli mütəxəssislərin yerli memarlıq mentalitetləri var”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »